Icma.az
close
up
RU
Xəzərdə nərə balıqlarının ovlanmasına qoyulan qadağanın ləğvi gözlənilmir

Xəzərdə nərə balıqlarının ovlanmasına qoyulan qadağanın ləğvi gözlənilmir

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın ləğvi hələ planlaşdırılmır.

Pravda.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri İlya Şestakov məlumat verib.

"Qadağanın ləğv edilməsi ilə bağlı planlar yoxdur. Xəzər dənizində nərə balığı ehtiyatları ilə bağlı vəziyyət kifayət qədər pisdir. Xəzəryanı ölkələrin beştərəfli komissiyası yaradılıb. Yeri gəlmişkən, bu komissiya dekabrda Həştərxanda toplaşacaq. Düşünürəm ki, biz növbəti dəfə nərə balıqlarının kommersiya ovuna məhdudiyyətlər tətbiq edəcəyik. Buna görə də Xəzərdə nərə balıqlarının ovlanmasına icazə verilməsi planlaşdırılmır", - o bildirib.

Agentliyin rəhbəri əlavə edib ki, digər regionlarda, ilk növbədə, Amurda və Azov dənizində nərə balığı ehtiyatlarının artması müşahidə olunur.

Xəzəryanı ölkələr - Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran hər il Xəzərdə nərə balıqlarının kommersiya ovuna qoyulan moratoriumu uzadır. Nərə balıqlarının ovlanması yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma üçün həyata keçirilə bilər.

Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya 2014-cü ilin sentyabrında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri tərəfindən imzalanmış sazişə uyğun olaraq yaradılıb. 2016-cı ilin yazında sənəd bütün iştirakçı ölkələrdə ratifikasiya edilib və qüvvəyə minib. Saziş komissiyanın üzv dövlətlər tərəfindən icrası məcburi olan qərarlar qəbul edə bilməsi mümkünlüyünü nəzərdə tutur. Komissiyanın birinci iclası 2017-ci il noyabrın sonunda Bakıda keçirilib.

Xəzər dənizi hövzəsində nərə balıqlarının ovlanması üzrə ən yüksək göstəricilər XX əsrin əvvəllərində - 39,4 min ton və 1970-ci illərin sonlarında 27,4 min ton olub. 1991-ci ildən başlayaraq nərə balıqlarının sayında kəskin azalma qeydə alınıb./Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see127

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see115

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri