Icma.az
close
up
RU
Xəzərdə nərə balıqlarının ovlanmasına qoyulan qadağanın ləğvi gözlənilmir Yeni Gündəm

Xəzərdə nərə balıqlarının ovlanmasına qoyulan qadağanın ləğvi gözlənilmir Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın ləğvi hələ planlaşdırılmır.

“Yeni Gundem” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri İlya Şestakov məlumat verib.

“Qadağanın ləğv edilməsi ilə bağlı planlar yoxdur. Xəzər dənizində nərə balığı ehtiyatları ilə bağlı vəziyyət kifayət qədər pisdir. Xəzəryanı ölkələrin beştərəfli komissiyası yaradılıb. Yeri gəlmişkən, bu komissiya dekabrda Həştərxanda toplaşacaq. Düşünürəm ki, biz növbəti dəfə nərə balıqlarının kommersiya ovuna məhdudiyyətlər tətbiq edəcəyik. Buna görə də Xəzərdə nərə balıqlarının ovlanmasına icazə verilməsi planlaşdırılmır”, – o bildirib.

Agentliyin rəhbəri əlavə edib ki, digər regionlarda, ilk növbədə, Amurda və Azov dənizində nərə balığı ehtiyatlarının artması müşahidə olunur.

Xəzəryanı ölkələr – Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran hər il Xəzərdə nərə balıqlarının kommersiya ovuna qoyulan moratoriumu uzadır. Nərə balıqlarının ovlanması yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma üçün həyata keçirilə bilər.

Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya 2014-cü ilin sentyabrında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri tərəfindən imzalanmış sazişə uyğun olaraq yaradılıb. 2016-cı ilin yazında sənəd bütün iştirakçı ölkələrdə ratifikasiya edilib və qüvvəyə minib. Saziş komissiyanın üzv dövlətlər tərəfindən icrası məcburi olan qərarlar qəbul edə bilməsi mümkünlüyünü nəzərdə tutur. Komissiyanın birinci iclası 2017-ci il noyabrın sonunda Bakıda keçirilib.

Xəzər dənizi hövzəsində nərə balıqlarının ovlanması üzrə ən yüksək göstəricilər XX əsrin əvvəllərində – 39,4 min ton və 1970-ci illərin sonlarında 27,4 min ton olub. 1991-ci ildən başlayaraq nərə balıqlarının sayında kəskin azalma qeydə alınıb./Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 28 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri