Icma.az
close
up
RU
Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı VİDEO

Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Xəzər dənizinin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Sahilə çıxarılan 97 suiti cəsədinin hansı səbəbdən tələf olduğu hələlik məlum deyil.

Moderator.az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.

Yerli medianın məlumatına görə, məməlilər bir müddət əvvəl tələf olublar, lakin qərb küləyi onları sahilə indi çıxarıb. Hazırda ərazidə monitorinq işləri davam etdirilir. Xatırladaq ki, 2025-ci ildə də Qazaxıstanın Xəzər sahili boyunca 400-dən çox ölü suiti tapılmışdı.

Mütəxəssislər suiti ölümünün bir neçə mümkün səbəbini araşdırırlar:

Bioloji amillər: Pnevmoniya və ya infeksion xəstəliklər.

Seysmik təsirlər: Zəlzələ zamanı Xəzərin dibindən ayrılan metan qazının dəniz ekosisteminə təsiri.

Antropogen amillər: Neft hasilatı prosesləri, sənaye çirklənməsi, eləcə də qanunsuz balıqçılıq (brakonyerlik) fəaliyyəti.

Mütəxəssislər, əsasən, bioloji amilləri daha real səbəb hesab edirlər. Qeyd edək ki, Xəzərin Qazaxıstan sektorunda hazırda təxminən 270 min suiti yaşayır və 100-ə yaxın fərdin tələf olması kritik hədd hesab olunmur.

Hazırda Qazaxıstanın aidiyyəti qurumlarından ibarət idarələrarası komissiya məsələni araşdırır. Rəsmi nəticələr laboratoriya analizlərindən sonra açıqlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Aprel 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri