Icma.az
close
up
RU
Xəzərin dibi ilə dəmir və avtomobil yolu çəkilə bilərmi? (ŞƏRH)

Xəzərin dibi ilə dəmir və avtomobil yolu çəkilə bilərmi? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Layihənin rentabelli olma ehtimalı çox da yüksək deyil”.

Qaynarinfo-ya açıqlamasında bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi Xəzərin dibi ilə avtomobil və dəmiryolunun çəkilməsi təklifini şərh edərkən deyib. 

İqtisadçının fikrincə, bu, kifayət qədər böyük xərc tələb edən layihədir: 

"Bununla bağlı yalnız ciddi iqtisadi qiymətləndirmə, onun ətraf mühitə təsirləri, orta və uzun müddətli dövrdə icrasının mümkünlüyü, geosiyasi şərtlərin uyğunluğu, layihəyə qoyulan investisiyanın özünü doğrultma ehtimalları qiymətləndirildikdən sonra fikir bildirmək daha doğru olar. Sadalanan bu istiqamətlər üzrə hələlik heç bir araşdırma, qiymətləndirmə yoxdur. Bu olmadığından layihə ilə bağlı konkret fikir bildirmək də çətindir”. 


Ekspertə görə, verilən təklifdə məqsəd ölkənin tranzit gücünün artırılması və onunla paralel siyasi mövqeyinin gücləndirilməsidir:

"Amma hələlik bu istiqamətdə aparılan təşəbbüslərin rentabelliyi çox da yüksək deyil. Tranzit gəlirlərin tədiyyə balansındakı payına baxanda bunu daha aydın şəkildə görə bilərik. Hazırda kifayət qədər alternativ layihələr var. Onlarla müqayisədə əldə edilə biləcək üstünlüklər, layihənin özünün əvəzedicisi məsələsini nəzərə almaqla ilkin olaraq ehtimal etmək olar ki, layihənin rentabelli olma ehtimalı çox da yüksək deyil”. 

R. Həsənov qeyd edir ki, Azərbaycan və Qazaxıstanın belə bir böyük layihəyə qısa müddətli dövrdə investisiya yatıracaqları ehtimalı aşağıdır:

"Layihənin iqtisadi olaraq uğurlu olması sübut edilərsə, bu zaman digər tərəfdaşların da prosesə cəlbi mümkündür. Xüsusən də, Avropa İttifaqı və Çinin”.   

Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Xəzər dənizinin dibi ilə dəmir və avtomobil yolunun çəkilməsi təklifiylə çıxış edib:  "Türkiyə və Azərbaycan Xəzərin dibi ilə dəmir və avtomobil yolunun çəkilməsi barədə müzakirələr açmalıdırlar”.

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri