Xəzərin təhlükəsizliyi bu ölkələrin üzərinə düşür İran
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəzər dənizinin təhlükəsizliyi ilk növbədə, sahilyanı dövlətlərin razılaşdırılmış mexanizmlər vasitəsilə təmin etməli və qoruyub saxlamalı olduğu regional məsuliyyətdir.
Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
Onun sözlərinə görə, Xəzər dənizi İran və onun qonşuları üçün sadəcə su hövzəsi deyil:
“Xəzər dənizi tarix boyu onu əhatə edən xalqların coğrafiyasının, kimliyinin və qarşılıqlı münasibətlərinin bir hissəsi olub və regional əlaqələrdə xüsusi yer tutur. Dənizin təhlükəsizliyi, sabitliyi və gələcəyi ilə bağlı əsas məsuliyyəti sahilyanı dövlətlər daşıyır. İran və digər sahilyanı ölkələr Xəzərdə xarici hərbi mövcudluğun qadağan edilməsini dəstəkləyirlər. Xəzər rəqabət və ya regiondankənar dövlətlərin mövcudluğu meydanına çevrilməməlidir. O, region ölkələri tərəfindən region ölkələri üçün formalaşdırılan regional təhlükəsizlik sisteminin nümunəsinə çevrilə bilər və çevrilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Avqust 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















