Icma.az
close
up
RU
Xəzərlə bağlı SOS kimi xəbərdarlıq Ekoloqun İLGİNC təklifi var

Xəzərlə bağlı SOS kimi xəbərdarlıq Ekoloqun İLGİNC təklifi var

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Xəzər dənizində su səviyyəsinin enməsi prosesini dayandırmaq mümkün deyil, əsas yanaşma yalnız bu dəyişikliklərə uyğunlaşmaqdır”.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatlarına Nəzarət Xidmətinin sədr müavini Əliаğa Əzizov bildirib.

Mütəxəssisin sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır. Əsas səbəblər kimi iqlim dəyişiklikləri, hövzədə yağıntıların azalması, temperaturun artması nəticəsində buxarlanmanın güclənməsi və dənizə axan çayların suyunun azalması göstərilir.

Sədr müavini qeyd edib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərdə su səviyyəsi son 5 ildə təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda dənizdə illik enmə 20–30 santimetr təşkil edir ki, bu da dünya okeanının səviyyə artımından dəfələrlə yüksəkdir.

Qazaxıstanın Ekologiya Nazirliyinin məlumatına görə, uzunmüddətli proqnozlarda Xəzər dənizinin səviyyəsinin iki ssenari üzrə dəyişəcəyi nəzərdə tutulur. Qazaxıstan Ekologiya Nazirliyi və Qazgidromet tərəfindən hazırlanan hesablamalara əsasən, optimist ssenaridə 2030-cu ilə qədər səviyyə -29,8 metrə, 2050-ci ilə qədər isə -32,4 metrə enə bilər. Pessimist ssenariyə görə isə Xəzərin səviyyəsi 2030-cu ildə -30 metrə, 2050-ci ildə isə -34 metrə qədər düşə bilər.

Bəs qarşısını almaq mümkün deyilsə, bu etirafdan sonra Xəzəri və bizi nə gözləyir?

Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Xəzər dənizinin səviyyə problemi ötən əsrin 30-cu illərindən bəri müzakirə olunan mühüm bir məsələdir. Vaxtilə Xəzərin getdikcə azalan səviyyəsinin qarşısını almaq üçün çox fərqli və müxtəlif layihələr təklif olunub. Hətta sovet hidroloqu Apollo dənizi xilas etmək məqsədilə onu iki yerə bölməyi təklif etmişdi. Bundan başqa, Xəzər dənizindən Qaraboğazqol körfəzinə axan suyun qarşısı kəsilmişdi. Əsas məqsəd də guya Xəzəri xilas etmək idi. Hesab olunurdu ki, Qaraboğazqol körfəzinə Xəzər dənizindən külli miqdarda su axır və bu axının qarşısı alınarsa, dənizin səviyyəsinin düşməsinin qarşısını almaq mümkün olar. Bu layihə hətta həyata keçirilmişdi.

Digər bir layihə isə şimala axan çayların istiqamətinin dəyişdirilməsi və bu suların Xəzər dənizinə yönəldilməsi ilə bağlı idi. Göründüyü kimi, vaxtilə nə qədər səmərəsiz və əsassız ideyalar irəli sürülmüşdü. Çünki bu fikirlərin kökündə yalnız bir yanaşma dayanırdı: Xəzərin səviyyəsi aşağı düşür, dəniz quruyacaq və onu xilas etmək demək olar ki, qeyri-mümkündür. Lakin gözlənilmədən, ötən əsrin 70-ci illərinin sonlarından etibarən Xəzərin səviyyəsi artmağa başladı. 1978-ci ildə dənizin səviyyəsi öz minimum nöqtəsinə çatmışdı. Elə həmin illərin sonundan başlayan artım dalğası 80-ci illərin ortalarına doğru elə bir həddə çatdı ki, Qaraboğazqol körfəzinə axan suyun qarşısını yenidən açmalı oldular ki, dənizin suyu bir qədər ora boşalsın və səviyyə tənzimlənsin.

1995-ci illərdə dəniz səviyyəsinin yüksəlməsi ciddi fəsadlara yol açdı. Lənkəran şəhərinin böyük bir hissəsi su altında qaldı, insanlar daimi yaşayış yerlərini tərk edərək köçmək məcburiyyətində qaldılar. Eyni zamanda Bakı-Astara dəmir yolu da suyun altında qalmışdı. Hətta vəziyyət o dərəcəyə çatmışdı ki, qatarların hərəkətini təmin etmək üçün Bakı-Astara dəmir yolunun istiqamətini dəyişərək, onu tamamilə yeni bir ərazidən çəkmək barədə layihələr hazırlanırdı”.

Ekspertə görə, Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən üç əsas amil var:

“Bunlardan biri dənizə axan çayların suyunun həddindən artıq götürülməsi və hövzələrdə su israfına yol verilməsidir. Misal üçün, Volqa çayı hövzəsində yerləşən su anbarlarının ümumi sahəsi 30 min kvadrat kilometrdir. Bu su anbarlarında baş verən aşırı infiltrasiya (suyun torpağa sızması) və buxarlanma Xəzər dənizinə gələn suları çox azaldır.

İkinci tərəfdən, iqlim dəyişiklikləri nəticəsində son 20 ildə Xəzər hövzəsinə düşən yağıntıların miqdarında azalma baş verib ki, bu da digər mühüm bir faktordur. Nəticədə həm dənizə gələn suların həcmi azalır, həm də dəniz səthindən gedən buxarlanma çoxalır. Bu itkilərin qarşısının alınması üçün region ölkələrinin bir araya gəlməsi və konkret planlar üzərində işləməsi çox vacibdir. Məsələn, Xəzərə tökülən çayların suyunun bərpa olunması prosesi baş verə bilər. Bu il Xəzər hövzəsində müşahidə olunan yağıntılar müəyyən ümidlər yaradır. Əgər bu yağıntılar çoxillik dövrə proyeksiya olunarsa, dənizin səviyyəsi yenidən bərpa oluna bilər.

Yəni, region ölkələrinin düzgün su idarəçiliyi həyata keçirməsi, çaylardan götürülən suyun və su itkilərinin azaldılması fonunda, həm də dünya ölkələrinin Paris Razılaşması çərçivəsində iqlim dəyişikliyinə qarşı apardığı mübarizə olduqca əhəmiyyətlidir. Bu qlobal addımlar Xəzər dənizindən gedən buxarlanmanın miqdarını azalda bilər və gələcəkdə mütləq şəkildə dənizə tökülən çayların suyunun artmasına müsbət təsir göstərər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyul 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri