Icma.az
close
up
RU
Süleymanovun Xəzərlə bağlı ilginc “iki dəniz” planı Regionun taleyi dəyişir

Süleymanovun Xəzərlə bağlı ilginc “iki dəniz” planı Regionun taleyi dəyişir

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar mühəndis, ADOG şirkətinin və Zirə Beynəlxalq Limanının rəhbəri Musa Süleymanov ilə müsahibəni təqdim edirik:

– Musa müəllim, siz Xəzər dənizinin su səviyyəsinin azalması ilə bağlı unikal bir təşəbbüs irəli sürdünüz – Xəzərlə Qara dənizin yeraltı tunellə birləşdirilməsi ideyası. İctimaiyyətin reaksiyası necə oldu?

– Bəli, bu təşəbbüs irəli sürüldükdən sonra çox geniş rezonans doğurdu. Mən beş Xəzəryanı dövlətin – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinə açıq müraciət ünvanladım. Hələlik rəsmi cavablar verilməsə də, qeyri-rəsmi kanallar vasitəsilə layihəyə ciddi maraq göstərildiyi hiss olunur. Eyni zamanda müxtəlif sahələrdən – mühəndislər, ekoloqlar, su təsərrüfatı üzrə mütəxəssislər və ictimai fəallar bu layihə ilə bağlı mənimlə əlaqə saxlayaraq texniki detalları öyrənmək istəyirlər. Bu, məsələnin nə qədər real və aktual olduğunun göstəricisidir.

– Amma bəzi ekspertlər bildirirlər ki, Xəzər dənizinin səviyyəsi tarix boyu dəyişkən olub və bu, təbii prosesdir. Bu fikrə münasibətiniz necədir?

– Bu, müəyyən mənada doğrudur: keçmişdə də səviyyə dalğalanmaları olub. Lakin bu gün müşahidə etdiyimiz azalma sürətinə, miqyasına və coğrafiyasına görə əvvəlkilərdən tamamilə fərqlidir. İqlim dəyişikliyi, Volqa və Kür çayları üzərində su anbarlarının tikilməsi, əkinçilikdə suya tələbatın artması, həmçinin çay axınlarının zəifləməsi – bütün bunlar insan fəaliyyəti nəticəsində Xəzərə su gəlməsini ciddi şəkildə azaldıb. Artıq bu, təbii dövrilik deyil. Bu, ekoloji və antropogen böhrandır.

– Bəziləri bu layihənin maliyyət baxımından çox bahalı olduğunu və gerçəkləşdirilməsinin çətin olduğunu düşünür. Bu haqda nə deyə bilərsiniz?

– Layihə, təbii ki, böyük miqyaslıdır. Lakin nəzərə almaq lazımdır ki, Xəzərin səviyyəsinin kritik həddə enməsi neft infrastrukturlarına, limanlara, dəniz yollarına, bioçeşidliyə və bütün bir ekosistemə dağıdıcı təsir göstərəcək. Məsələn, artıq Kaşagan, Kalımkaz kimi yataqlarda, Ələt və Türkmənbaşı limanlarında suyun geri çəkilməsi əməliyyatlara əngəllər yaradır. Bu gedişlə dövlətlərin sonradan çəkəcəyi xərclər tunel layihəsinin dəyərindən iki-üç qat artıq ola bilər.

Bundan əlavə, tunel vasitəsilə yaradılacaq daimi axın təxminən 170 MVt gücündə hidroenerji istehsal etməyə imkan verəcək. Bu da illik 100 milyon dollar gəlir deməkdir. Yəni layihə yalnız texniki və ekoloji baxımdan deyil, iqtisadi baxımdan da səmərəlidir.

– Bəs bu layihənin həyata keçirilməsi üçün beynəlxalq səviyyədə hansı addımlar vacibdir?

Musa Süleymanov

– Bu layihə həm Xəzəryanı, həm də Qara dəniz hövzəsində yerləşən dövlətlərin razılığını tələb edir. Tunelin alt qatla keçməsi səbəbilə dövlətlərin ərazi suverenliyinə müdaxilə etmir, amma transsərhəd əməkdaşlıq mütləqdir. Bunun üçün ekoloji monitorinq qrupları, hidroloji-geoloji ekspertiza mərkəzləri, komissiyalar yaradılmalıdır. Bu təşəbbüsün BMT səviyyəsində gündəmə gətirilməsi tam mümkündür. Əslində bu, regionun ortaq çağırışına çevrilə bilər.

Üstəlik, dünya okeanlarında və dənizlərində iqlim dəyişikliyi səbəbilə suyun həcmi artır və bu artımın necə idarə olunacağı ciddi sualdır. Mən hesab edirəm ki, Xəzər dənizi bu artan suyun idarəli şəkildə qəbul edilməsi üçün təbii rezervuar rolunu oynaya bilər. Bu prosesin davamında Urmu gölü və Aral dənizi kimi ekosistemlərə də su ötürülməsi mümkün olacaq.

– Yəni layihə yalnız Xəzərin səviyyəsi ilə bağlı deyil, başqa strateji hədəflər də var?

– Əlbəttə. Bu layihə aşağıdakı strateji nəticələri verəcək:

Enerji təhlükəsizliyi: Tunel vasitəsilə 170 MVt gücündə hidroenerji istehsal olunacaq. Su resurslarının bölgələrə ötürülməsi: Urmu və Aral göllərinə suyun yönləndirilməsi mümkün olacaq. Logistika və ticarət təhlükəsizliyi: Dəniz yollarının sabitliyi qorunacaq, Xəzərin nəqliyyat əhəmiyyəti təmin olunacaq. Beynəlxalq nüfuz: Azərbaycan və digər ölkələr ekoloji innovasiya sahəsində liderliyə yüksələcək. Ekosistem tarazlığı: Hal-hazırda Xəzərə daxil olan şirin su nəticəsində dənizdə duzluluq azalır, bu isə mikroelementlərin pozulması və donma ehtimalı yaradır. Tunel vasitəsilə gələcək duzlu su bu tarazlığı bərpa edə bilər.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see128

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see124

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see124

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri