Icma.az
close
up
RU
Xiaomi 15T və Xiaomi 15T Pro da Əlavə xərclər olmadan flaqman imkanlar

Xiaomi 15T və Xiaomi 15T Pro da Əlavə xərclər olmadan flaqman imkanlar

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Siz də hər dəfə yeni telefon alanda “görəsən, sadəcə brend adına görə bu qədər artıq pul ödəyirəm?” deyə düşünürsünüzsə, Xiaomi-nin yeni “T” seriyası sizin fikrinizi dəyişdirəcək. Xiaomi-nin bu seriyası Apple və Samsung-un bahalı modellərini alternativ kimi əvəz edə bilər.

Öncəliklə, qeyd edək ki, 15T Xiaomi və Xiaomi 15T Pro smartfonları rəsmi olaraq kontakt.az-da satışdadır.

İndi isə, gəlin, bu iki texnoloji cihazların fərqlərinə və sizin gündəlik həyatınıza nələri qatacağına birlikdə baxaq.

Xiaomi 15T və Xiaomi 15T Pro: modellərin 2025-ci ildə mövqeləndirilməsi

Xiaomi 2025-ci ildə “T” seriyası ilə flaqman təcrübəsini daha geniş kütləyə əlçatan etməyi hədəfləmişdir. Bu modellər sadəcə smartfon deyil, onlar sənin gündəlik həyatını asanlaşdıran cihazdır. 

Xiaomi 15T Pro - sənə limitsiz güc, sürətli şarj və peşəkar Leica kamerası vəd edən bir smartfondur. Xiaomi 15T - həm büdcənizi qoruyan, həm də keyfiyyətli işləyən cihaz axtarırsınızsa, bu modeli qaçırmaq olmaz.
Dizayn və korpus materialları: vizual və praktiki fərqlər

Xiaomi-in dizaynı sizin üslubunu tamamlayan bir aksesuar olacaq. Korpusun kənarları əldə tutuşu asanlaşdırmaq üçün bir qədər yuvarlaqlaşdırılıb.

Xiaomi 15T Pro modelində istifadə olunan alüminium material daha dayanıqlıdır və xüsusi örtük sayəsində barmaq izi saxlamır. Xiaomi 15T modelinin korpusu isə plastik və şüşədən hazırlanmışdır. Hər iki cihaz IP68 su və toz qorumasına malikdir.

Korpus ölçüləri və istifadə rahatlığı

Smartfonun gücü qədər onun əlinizdə necə durması da önəmlidir.

Əgər siz telefonun həm incə, həm də çox rahat olmasını istəyirsinizsə, Xiaomi 15 T mükəmməl seçimdir. Ölçüləri 163.2 x 78 x 7.5 mm təşkil edir. Cəmi 7.5 mm olan incəliyi ilə bu cihaz öz sinfindəki ən zərif modellərdən biridir. Bu ölçülər sizə həm nəhəng ekran həzzini yaşadır, həm də erqonomik quruluşu ilə tək əllə idarəetmədə heç bir çətinlik yaratmır. 15T Pro Xiaomi modeli baza modelindən bir qədər daha qısa və yığcamdır. Ölçüləri 162.7 x 77.9 x 7.9 mm təşkil edir. 7.9 mm qalınlığı ilə o, sizə həm geniş ekran təcrübəsi təqdim edir, həm də ən dar cibə belə rahatlıqla yerləşir.

Bu cihazlar elə dizayn edilib ki, onları əlinizdən yerə qoymaq istəməyəcəksiniz.

Rəng həlləri və xarici görünüş

Rənglər artıq sadəcə seçim deyil, sizin üslubunuzdur. Titanium Black, Alpine Blue və Meadow Green kimi variantlar hər iki modelə vizual dərinlik qatır. Xüsusilə, mat səthli qara rəng klassik və premium görünüşü sevənlər bu modelləri kontakt.az-da ən çox axtarış ediblər.

Ekran və təsvir keyfiyyəti: parlaqlıq, yeniləmə tezliyi, texnologiyalar

Xiaomi “T” seriyasının ən güclü tərəflərindən biri ekranıdır.

Xiaomi 15 T ekranı - 6.83 düymlük AMOLED displey, 1280 × 2772 görüntü imkanı, 120 Hz-ə qədər yeniləmə tezliyi və yüksək parlaqlıq ilə təchiz olunub. Corning Gorilla Glass 7i qoruyucu şüşə mövcuddur. Təbii rənglərə və yüksək kontrasta malikdir. Ekranın parlaqlığı maksimal 3200 nit-ə qədərdi. Güclü yay günəşində belə siz ekrandakı mətni kölgə axtarmadan oxuyacaqsınız. Texnologiyalar: Anti-ŞİM 3840 Hz, Dolby Vision, HDR10+. Xiaomi 15T Pro modelinin ekranı - 6.83 düymlük AMOLED displey, yüksək 2772x1280 görüntü imkanı, 144 Hz yeniləmə tezliyi dəstəyi, 3200 nit maksimal parlaqlığa malikdir. Corning Gorilla Glass 7i şüşə ilə qorunur, nazik çərçivələrlə parlaq və hamar təsviri təmin edir. Texnologiyalar: Anti-ŞİM 3840 Hz, Dolby Vision, HDR10+.

Bir sözlə bu cihazların nümayiş etdirdiyi yenilik və performans sizi heyran edəcək.

Məhsuldarlıq və prosessorlar: 15T və 15T Pro arasındakı fərq nədir?

Xiaomi hər iki modeldə sizə flaqman gücü vəd edir, lakin bəzi fərqlər var.

Xiaomi 15T Pro: Ən güclü çiplərdən biri olan MediaTek Dimensity 9400+ (Snapdragon) təchiz olunub. Bu prosessor ağır montaj işlərini belə asanlıqla görür. 15T Xiaomi: Bu modeldə isə MediaTek Dimensity 8400-Ultra istifadə olunub. Gündəlik işlər, sosial media və orta-ağır oyunlar üçün bu güc sizə artıqlaması ilə kifayət edəcək.

Hər iki cihaz Xiaomi HyperOS ilə işləyir ki, bu da sistemin daha stabil çalışmasını təmin edir.

Oyunlarda və gündəlik tapşırıqlarda məhsuldarlıq

Əgər siz bir oyun oynamağı çox sevirsinizsə, Xiaomi 15T Pro sizin üçün ideal seçimdir. Sabit kadr tezliyi və yeni soyutma sistemi sayəsində telefon qızmadan ən yüksək qrafikada oyun oynamağa imkan verir.

Gündəlik tapşırıqlarda isə hər iki model sizə heç bir ləngimə hiss etdirməyəcək.

Smartfonların kameraları: foto və videonun flaqman imkanları

Xiaomi və Leica əməkdaşlığı bu seriyanı çox fərqləndirir. Sizə artıq ağır fotokameralar daşımağa ehtiyac qalmayacaq.

Portret çəkilişləri üçün xüsusi linzalar arxa fonu təbii şəkildə bulandırır. Mənzərə çəkilişləri üçün 120 dərəcəlik baxış bucağı heç bir detalı kənarda qoymur.

Əsas kamera və gecə çəkilişi

Fotoqrafiya həvəskarısınızsa, Leica linzaları ilə təmin olunan zoom imkanları sizi məmnun edəcək. Gecə çəkilişləri artıq problem deyil. Xiaomi 15T modeli 50 MP əsas kamera ilə təchiz olunub və bu kamera gündüz, eləcə də gecə çəkilişləri üçün aydın, detallı fotolar təqdim edir.

Əsas kamera xüsusiyyətləri:

Optika: “Xiaomi 15T” seriyası, yüksək keyfiyyətli təsvirlər əldə etmək üçün Leica ilə birgə yaradılmış qabaqcıl üç kameralı sistemin bir hissəsidir. Video çəkiliş: Telefon bütün fokus məsafələrində 30 kadr/saniyə sürəti ilə HDR10+ formatında 4K çəkilişi dəstəkləyir. 50 MP əsas kamera gecə vaxtı aydın və detallı fotolar çəkmək üçün optimallaşdırılıb.

Xiaomi 15T Pro modeli digər baza modeli kimi 50 MP əsas kamera ilə təchiz olunub.

Əsas kamera xüsusiyyətləri:

Telefon, peşəkar kameralarla müqayisə oluna bilən 1/1.31 düymlük böyük "Light Fusion 900" təsvir sensoruna malikdir. Optik İmage Stabilizasiya (OIS): Əsas kamera optik təsvir stabilizasiyası (OIS) ilə təchiz edilib ki, bu da şəkillərin dumanlı olmasının qarşısını alır. Video Çəkiliş: Kamera 30 kadr/saniyə sürətlə 8K video çəkilişi dəstəkləyir. Avtomatik gecə rejimi funksiyasına malikdir. Həmçinin portretlər üçün gecə rejimi də mövcuddur.

Video, stabilləşdirmə və AI rejimləri

Hər iki model aydın və sabit görüntülər təmin etmək üçün eyni stabilləşdirmə texnologiyalarından istifadə edir:

OIS: Hər iki telefonda əsas kamerada mövcuddur, titrəmələri fiziki olaraq kompensasiya edir.

EIS: Video çəkilişi zamanı sabitliyi proqram təminatı vasitəsilə daha da artırır.

Bu iki smartfon oxşar AI xüsusiyyətlərini özündə birləşdirir:

AI kamera: Rəngləri, kontrastı və digər parametrləri çəkilən səhnəyə uyğun olaraq avtomatik tənzimləyir. AI HDR təkmilləşdirmə: Məzmunun keyfiyyətini artırır. AI yaradıcılıq köməkçisi: Siz fotolarını və videolarını asanlıqla redaktə edə bilərsiniz. Master portrait: Realistik portretlər çəkməyə kömək edir.

Avtonomluq və şarj: sürət və işləmə müddəti

Bu modellərdə batareya faizinin tez aşağı düşməsi sizə qorxu qorxutmayacaq. Çünki hər iki model 5500 mAh batareya ilə təchiz olunub və sürətli şarj edir.

Sürətli və naqilsiz şarj

Naqilsiz şarj funksionallığı yalnız Pro modelində var. Bu model 50 Vt naqilsiz HyperCharge dəstəkləyir.

15t Xiaomi 15T 67 Vt HyperCharge dəstəyi ilə gəlir. Batareyanın tam dolması təxminən 50 dəqiqə çəkir. Xiaomi 15T Pro 90 Vt HyperCharge dəstəkləyir. Batareyanın tam dolması təxminən 36 dəqiqə vaxt aparır.

Hər iki halda, maksimal sürətlə şarj etmək üçün Xiaomi enerji adapterindən istifadə etməlisiniz. Cihazın alt hissəsində yerləşən universal USB-C portu həm sürətli enerji toplama, həm də məlumat ötürülməsi üçün mükəmməl balanslaşdırılıb. Ən son Wi-Fi standartları ilə evdə ultra-sabit bağlantı qura, təkmilləşdirilmiş Bluetooth texnologiyası ilə aksesuarlarını dərhal qoşa bilərsiniz.

Yaddaş və konfiqurasiyalar: hansı variantlar əlçatandır?

Yaddaşın dolmasından da narahat olmayın. Bu smartfonlarda aşağıdakı konfiqurasiya mövcuddur:

12 GB RAM + 512 GB yaddaş

Сihazda daxili yaddaşı microSD kartla genişləndirmək mümkün deyil. Hər iki modelin 512 GB-lıq variantı sizə illərlə yaddaş problemi yaşatmayacaq. Minlərlə foto və yüzlərlə ağır proqram üçün hər zaman yeriniz çatacaq.

Hazırda kontakt.az saytında bu modellərin qiymət aralığı onların təklif etdiyi güclə tam mütənasibdir. Xiaomi 15 t 512 GB modelinin qiymətləri 1149.99 azn - 1299.99 azn civarında dəyişir. Xiaomi 15T Pro 12 512 GB modelinin qiyməti isə 1459.99 azn- 1749.99 azn arası dəyişir.

Zəmanət, çatdırılma və servis kontakt.az-da

Xiaomi 15T və 15t Pro Xiaomi modellərini almaq istəyirsinizsə, kontakt.az sizin üçün ideal seçimdir. Buradan məhsul almağın bir neçə üstünlüyü var:

tam orijinal məhsullar,
  rəsmi zəmanət və texniki dəstək,
  hissə-hissə ödəniş imkanı,
  Baku daxilində və Azerbaijan bölgələrinə sürətli çatdırılma.

Xiaomi “T” seriyası sizə sübut edir ki, flaqman xüsusiyyətlər üçün yüksək məbləğ ödəməyə ehtiyac yoxdur. Ən son çipset gücü, kəsintisiz 5G sürəti və mükəmməl zoom keyfiyyəti lazımdırsa, bu iki modeldən biri mütləq sizin üçün yaradılıb. Hər şeyin ən üstünü istəyirsinizsə, Xiaomi 15T Pro modelini seçin. Əgər həm büdcəni qoruyub, həm də yüksək keyfiyyət axtarırsınızsa, 15T Xiaomi ideal seçim olacaq.

Odur ki, elə indi kontakt.az saytına daxil olun, modeli seçin və texnologiyanın ritmini hiss edin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://axsam.az
archiveBu xəbər 28 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri