“Xiaomi” şirkəti Barselonada təşkil edilən eksklüziv tədbirdə yeni flaqman “Xiaomi 15” seriyası smartfonlarının rəsmi təqdimatını keçirib FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Xiaomi" şirkəti Barselonada təşkil edilən eksklüziv tədbirdə yeni flaqman "Xiaomi 15" seriyası smartfonlarının rəsmi təqdimatını keçirib.
Azərbaycanda satışa 21 mart 2025-ci ildə start verilib.
Peşəkar mobil fotoqrafiya flaqman seriyası hesab olunan "Xiaomi 15 Series", "Leica Summilux" optikası sayəsində istifadəçilərə istənilən şəraitdə heyrətamiz fotoşəkillər və videolar çəkməyə imkan verir.
Ən müasir "Xiaomi HyperOS 2" əməliyyat sistemi ilə təchiz edilmiş "Xiaomi 15 Series" smartfonları, yeni nəsil fasiləsiz mobil əlaqə yaratmaq üçün performansı, bağlantını və AI imkanlarını optimallaşdıraraq tamamilə yenilənmiş istifadəçi təcrübəsini təmin edir.
"Xiaomi 15": Kompakt formatda flaqmana xas mükəmməllik
Rahatlıq və portativlik üçün yaradılmış "Xiaomi 15" üç rəngdə təqdim olunur: klassik donuq tərtibatda qara, ağ və yaşıl.
"Xiaomi 15"in dizaynı cihazın möhkəm və davamlı olması üçün düşünülüb. Mikro səviyyədə əyilmiş alüminium çərçivə möhkəmliyi 33% artırmağa imkan verir.¹
LIPO¹ texnologiyası sayəsində smartfon heyrətamiz 94%-lik⁴ ekran-korpus nisbətinə və cəmi 1,38 mm-lik ultranazik çərçivələrə malikdir ki, bu da displey və korpusun dəqiq birləşməsini təmin edir.
"Xiaomi 15"in əsas kamerası, yüksək ötürmə əmsalına malik 7P asferik linza, antiblik örtük və ƒ/1.62 geniş diafraqma ilə təchiz edilmiş "Leica Summilux" optikası ilə təmin edilib ki, bu da istənilən işıqlandırma şəraitində üstün işıq həssaslığını və mükəmməl dəqiqliyi təmin edir.
Yüksək dinamikliyə malik "Light Fusion 900" sensoru sayəsində kamera üç əsas fokus məsafəsində (23 mm, 28 mm və 35 mm) peşəkar fotoşəkillər yaratmağa imkan verir.
Mükəmməl teleobyektiv kadrlar əldə etmək üçün "Xiaomi 15", 50 meqapiksellik sensorla təchiz edilmiş "Leica 60" mm üzən teleobyektiv kameraya malikdir. Bu kamera uzaq məsafədən ən kiçik detalları çəkməyə və 10 sm-dən başlayan fokus məsafəsinə malik makro-fotoşəkillər əldə etməyə imkan verir.
Sistemi 50 MP genişlənməyə və ƒ/2.2 işıq gücünə malik 14 mm-lik ultra-genişbucaqlı "Leica" kamerası tamamlayır. Bu kamera heyrətamiz genişbucaqlı kadrlar çəkmək üçün yeni yaradıcı imkanlar açır.
Yüksək dəqiqlikli ani çəkilişlər üçün işlənib hazırlanmış "Fastshot" rejimi, bütün fokus məsafələrində cəmi 0,6 saniyəlik heyrətamiz kadr tutma sürəti ilə son dərəcə sürətli küçə fotoçəkilişlərini təmin edir¹ və hər anı tarixin yaddaşına köçürməyə imkan verir.
"Xiaomi Master Videography" istifadəçilərə studiya səviyyəli peşəkar videoçəkiliş imkanları təqdim edir. Əsas kamera saniyədə 30 kadr sürəti ilə 8K videoçəkiliş imkanını, həmçinin bütün fokus məsafələrində 4K 60fps-lik Dolby Vision® texnologiyasını dəstəkləyir.
Sistemi tamamlayan 4 mikrofonlu massiv səsin məkan səviyyəli yazılışını təmin edərək dərin kinematoqrafik effekt yaradır.
"Xiaomi 15" 2670 × 1200 piksel genişlənməyə və 460 ppi-lik yüksək sıxlığa malik kompakt 6,36 düymlük CrystalRes AMOLED displey ilə təchiz edilib.
Müxtəlif ssenarilərdə 3200 nit maksimum parlaqlıq (25% APL şəraitində) hətta parlaq işıqlandırma şəraitində belə dəqiq və dolğun təsvirləri təmin edir.
"Xiaomi"nin işləyib hazırladığı M9 paneli ekranın enerji istehlakını 10%⁵ azaltmaqla, daha canlı və dolğun rəng ötürülməsini təmin edir, həmçinin cihazın ümumi effektivliyini artırır.
Bundan əlavə, "Xiaomi 15" "Low Blue Light" (aparat həlli), "Flicker-Free" və "Circadian Friendly" standartları üzrə "TÜV Rheinland" sertifikatına malikdir, həmçinin bütün parlaqlıq səviyyələrində "DC Dimming" texnologiyasını dəstəkləyir ki, bu da uzunmüddətli istifadə zamanı belə komfortlu kontent izlənməsini təmin edir.
Yüksək performansa malik ən yeni avadanlığın tam gücünü hiss edin
Növbəti nəsil prosessor platformasını innovativ soyutma sistemi və qabaqcıl enerji qənaəti texnologiyaları ilə birləşdirən "Xiaomi 15" seriyası istifadəçi təcrübəsini yeni səviyyəyə çatdırır.
Snapdragon® 8 Elite Mobile platforması əsasında çalışan "Xiaomi 15" əvvəlki nəsillərlə müqayisədə prosessorun performansında 45% artımı, enerji istehlakında isə 52%¹ azalmanı, həmçinin qrafik prosessorun performansında 44% artımı və enerji istehlakında 46%¹ azalmanı təmin edir.
"Xiaomi IceLoop" soyutma sistemi sayəsində "Xiaomi 15" cihazları video yazılışı, hesablama fotoqrafiyası, real zaman rejimində süni intellektdən istifadə və intensiv oyunlar kimi mürəkkəb tapşırıqlarda misilsiz sərbəstlik səviyyəsinə çatır. Qanadın innovativ konstruksiyasına əsaslanan soyutma sistemi çərçivə ilə təması yaxşılaşdırır və cihazın temperaturunu effektiv şəkildə azaldır.
Batareya və şarj məsələlərinə gəlincə, "Xiaomi 15" gün ərzində işi təmin edən⁴ "Xiaomi Surge" batareya idarəetmə sistemindən istifadə edir.
"Xiaomi 15", 90 Vt gücündə "HyperCharge" texnologiyasını və 50 Vt gücündə simsiz "HyperCharge" şarj texnologiyasını dəstəkləyən 5240 mА•s (tipik qiymət) həcmli "Xiaomi Surge" batareyası ilə təchiz edilmişdir.⁷
"Xiaomi 15" seriyası qabaqcıl LPDDR5X operativ yaddaşla təchiz edilmişdir. "Xiaomi 15" smartfonlarında UFS 4.0 məlumat saxlama texnologiyasından istifadə olunur. "Xiaomi 15 Ult" 12 GB + 256 GB və 12 GB + 512 GB konfiqurasiyalarında mövcuddur.⁹
Yenilənmiş "Xiaomi HyperOS 2" ilə yeni imkanları kəşf edin
Ən yeni "Xiaomi HyperOS 2" sistemi ilə çalışan "Xiaomi 15" seriyası 3 əsas texnoloji innovasiyanı təqdim edir: "Xiaomi HyperCore", "Xiaomi HyperConnect"¹⁵ və "Xiaomi HyperAI"¹⁰. Bu texnologiyalar daha geniş funksionallıq, rəvan çalışan sistem, platformalararası qarşılıqlı əlaqə, daha yüksək təhlükəsizlik və məxfilik sayəsində, həmçinin performansı yüksəltmək üçün süni intellektin qabaqcıl alətlərinə və AI həllərinə çıxışı təmin etməklə istifadəçilərə daha yaxşı mobil təcrübə imkanı təqdim edir.
"Xiaomi HyperAI" süni intellekt əsaslı güclü alətlər dəsti sayəsində istifadəçilərin performansını və yaradıcılıq potensialını artırır. Bunlara AI-avtoyazı¹² və AI-səstanıma¹² kimi funksiyalar, həmçinin effektivliyi artırmağa xidmət edən bir sıra digər həllər daxildir.
İstifadəçilərə yaradıcılıq potensiallarını açmağa kömək etmək üçün AI-yaradıcılıq assistenti yeni nəsil foto və videoçəkiliş alətləri təklif edir¹³. Bunlara AI-təsvirin yaxşılaşdırılması¹⁴, AI-təsvirin genişləndirilməsi¹⁴, AI-pozan Pro¹⁴, AI-əksetdirmənin silinməsi, AI-Səma dəyişdirmə və AI-Film daxildir. Bu texnologiyalar asanlıqla və tez bir şəkildə peşəkar keyfiyyətli şəkillər və videolar əldə etməyə imkan verir.
"Google" və "Xiaomi" şirkətlərinin əməkdaşlığı nəticəsində "Google Gemini" indi "Xiaomi" tətbiqlərində axtarış apara və əməliyyatlar yerinə yetirə bilir.³⁰ Bu əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq istifadəçilərə "Gemini" vasitəsilə "Xiaomi Notes", "Xiaomi Calendar" və "Xiaomi Clock"a birbaşa giriş imkanı təqdim olunur.
"Xiaomi HyperOS 2"nin əsasını "Xiaomi HyperCore" texnologiyası təşkil edir. Bu özəl texnoloji platforma sistemin maksimum rəvan fəaliyyətini, performansını, sistem səviyyəsində tətbiq yeniləmələrini və s. təmin edir.¹⁵ "Xiaomi HyperCore"un yenilənmiş estetikası kinematoqrafik elementlərdən ilhamlanaraq yenilənmiş şablonlara və üslublara malik yeni kilid ekranı dizaynını əhatə edir. Təkmilləşdirilmiş qrafik altsistem yeni animasiyaları dəstəkləyir, yenidən işlənmiş əsas ekran isə istifadəçilərə daha axıcı və eleqant qarşılıqlı əlaqə təcrübəsi təklif edir.
"Xiaomi HyperConnect" cihazlar, platformalar və ekosistemlər, o cümlədən planşetlər və iOS/macOS platformaları arasındakı sərhədləri aradan qaldırır.¹⁶ Yeni "Cross-device Camera" funksiyası istifadəçilərə başqa bir cihazın kamerasına qoşulmağa, lakin eyni zamanda "Xiaomi 15" seriyasının təmin etdiyi müstəsna təsvir emalı keyfiyyətini qoruyub saxlamağa imkan verir. Bundan əlavə, "Combined Cameras" funksiyası bir neçə cihazdan video axınlarını birləşdirməyə və onları bir ekranda göstərməyə imkan verir ki, bu da canlı tədbirlərin, mühazirələrin və ya təlim videolarının çəkilişi üçün xüsusilə faydalıdır.
Qiymətlər və əlçatanlıq
"Xiaomi 15" 12 GB + 512 GB⁸ yaddaş variantı ilə ağ, yaşıl və qara rənglərdə⁷ təklif olunur. Tövsiyə olunan pərakəndə satış qiyməti - 1999 AZN-dən başlayan qiymətlər "Irshad Electronics" elektronika mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. Erkən sifarişi "Kontakt Home" və "Baku Electronics" saytlarından edə bilərsiniz. Yalnız martın 21-dən 31-dək! "Xiaomi 15" smartfonu alarkən hədiyyə olaraq dəbli və funksional "Xiaomi Watch S3" smart-saatını əldə edəcəksiniz! Bir komplektdə həm güclü smartfon, həm də smart-saat əldə etmək fürsətini qaçırmayın!Cihazın şəkilləri:
FOTO
"Xiaomi 15"in xüsusiyyətləri haqqında qısa məlumat:
"Xiaomi 15"
Dizayn
- Ölçü: 152,3 mm x 71,2 mm x
8,08 mm¹
- Çərçivəli 1,38 mm-lik ultranazik displey¹
- Ekran-korpus nisbəti 94%⁴
- Çəki: 191 q (
qara, ağ, yaşıl)
- "Xiaomi Shield Glass"
- Yüksək möhkəmliyə malik alüminium çərçivə
- Rəng: Qara, ağ, yaşıl
- IP6815 standartına uyğun toza və suya davamlılıq
Kamera
Əsas kamera
Leica VARIO-SUMMILUX 1:1.62-2.2/14-60 ASPH
23 mm-lik "Leica" əsas kamerası
50 MP, ƒ/1.62, OIS "Light Fusion 900" sensoru Sensorun ölçüsü - 1/1.31" 2,4 mkm "Super Pixel" Obyektiv 7P"Leica" teleobyektivi
Ultra-genişbucaqlı "Leica" kamerası
- 50 MP, ƒ/2.2, 115 FOV
- Ekvivalent fokus məsafəsi 14 mm
İki fotoqrafiya üslubu: "Leica
Authentic Look" və "Leica Vibrant Look"
Əsas obyektivlər sistemi: 23 mm, 35 mm, 60 mm, 75 mm
- "Xiaomi ProFocus"
- Portret rejimi
- Gecə rejimi
- Saniyədə 24 kadr, saniyədə 30 kadr şəraitində 8K videoyazı
- Saniyədə 24 kadr, saniyədə 30 kadr, saniyədə 60 kadr şəraitində 4K Dolby Vision® videoyazı
- Saniyədə 24 kadr, saniyədə 30 kadr, saniyədə 60 kadr şəraitində 4K Log videoyazı
- Kino rejimi
- "MasterCinema"
- Gecə videosu
Ön kamera
- 32 MP, ƒ/2.0, 90° FOV
- Ekvivalent fokus məsafəsi 21 mm
- HDR
- Gecə rejimi
- Portret rejimi
- Sürgünün səsli endirilməsi
- HDR10+ video yazılması
Displey
- 6,36 düymlük son dərəcə parlaq displey CrystalRes 3200 nit
- 460 ppi, 2670 x 1200
- Yenilənmə tezliyi 1-120 Hz
- Toxunuşun diskretizasiya tezliyi: 300 Hz-dək
- OLED materialları tipi: xüsusi displey panel "Xiaomi M9"
- Bir neçə ssenaridə 3200 nit maksimum parlaqlıq
- 68 milyard rəng
- DCI-P3 rəng məkanı
- Bütün parlaqlıq üzrə tutqunlaşma
- HDR10+, Dolby Vision®
- "TÜV Rheinland Low Blue Light" sertifikatı
(aparat həlli)
- "TÜV Rheinland Flicker Free" sertifikatı
- "TÜV Rheinland Circadian Friendly" sertifikatı
Performans
Snapdragon® 8 Elite Mobile mobil platforması
TSMC-dən 3-nm texnki proses
Səkkiznüvəli "Oryon" prosessoru
Adreno™ qrafik prosessoru
"NPU" neyroprosessoru
LPDDR5X operativ yaddaşı + UFS 4.0 saxlancı
12 GB + 256 GB / 12 GB + 512 GB⁹
"Xiaomi HyperOS 2" əməliyyat sistemi
"Xiaomi IceLoop" soyutma sistemi
Barmaq izlərinin ultrasəsli skaneri
Batareya və şarj
5240 mА•s (tipik qiymət) həcmli "Xiaomi Surge" batareyası⁷
Naqilli HyperCharge 90 Vt⁷ şarjı
Naqilsiz HyperCharge 50 Vt⁷ şarjı
Audio
- Stereodinamiklər
- 4 mikrofondan ibarət massiv
- Dolby Atmos®
- Hi-Res və Hi-Res Audio Wireless sertifikatları
Xiaomi HyperOS 2
Xiaomi HyperCore - Xiaomi HyperCore
Xiaomi HyperConnect15 - Xiaomi HyperConnect15
Xiaomi HyperAI10 - Xiaomi HyperAI10
AI Writing¹² - AI mətn yazılışı¹²
AI Speech Recognition¹² - AI səs tanınması¹²
AI Search¹² - AI axtarış¹²
AI Interpreter¹² - AI tərcüməçi¹²
AI Subtitles¹² - AI subtitrlər¹²
AI Gesture Reactions14 - AI jest reaksiyaları¹⁴
AI Image Enhancement14 - AI təsvir keyfiyyətinin yaxşılaşdırılması¹⁴
AI Image Expansion14 - AI təsvirin genişləndirilməsi¹⁴
AI Eraser Pro14 - AI pozan PRO¹⁴
AI Reflection Removal14 - AI təsvir silinməsi¹⁴
Qoşulma imkanları
Wi-Fi 7¹¹ dəstəyi İkili SIM (nano SIM + nano SIM / nano SIM + eSIM / eSIM + eSIM)⁸ NFC dəstəyi Bluetooth 6.0, Dual-Bluetooth USB-C qovşağıDəstəklənən diapazonlar:
5G SA: n1/2/3/5/7/8/12/20/25/26/28/38/40/41/48/66/75/77/78 5G NSA: n1/3/5/7/8/20/28/38/40/41/66/75/77/78 4G LTE FDD: B1/2/3/4/5/7/8/12/13/17/18/19/20/25/26/28/32/66 4G LTE TDD: B38/39/40/41/42/48 3G UMTS: B1/2/4/5/6/8/19 2G GSM: B2/3/5/8 4×4 MIMO dəstəyiDiskleymer
1 - "Xiaomi" smartfonlarının əvvəlki nəsli ilə müqayisədə
2 - Rənglərin mövcudluğu regiondan asılıdır.
3 - Məlumatlar "Xiaomi"nin daxili laboratoriyaları tərəfindən yoxlanılıb. Söhbət "Xiaomi 13 Ultra" ilə müqayisədən gedir.
4 - Məlumatlar "Xiaomi"nin daxili laboratoriyaları tərəfindən yoxlanılıb, faktiki nəticələr fərqlənə bilər.
5 - 94% displey sahəsinin şüşə ekrana nisbətinə aiddir.
6 - Məlumatlar "Xiaomi"nin daxili laboratoriyaları tərəfindən yoxlanılıb. Söhbət "Xiaomi" ilə müqayisədən gedir.
7 - Simsiz şarj cihazları ayrıca satılır.
8 - Telefonlar və planşetlər "Xiaomi HyperOS 2"yə yenilənməli, "Bluetooth" və WLAN parametrləri aktivləşdirilməli, eyni "Xiaomi" hesabına daxil olmalı və "Parametrlər-Xiaomi Interconnectivity" funksiyasının açıq olduğundan əmin olmalısınız. Müəyyən funksiya və xidmətlərin mövcudluğu proqram təminatı versiyasından, tətbiqlərdən və telefon modelindən asılı olaraq dəyişə bilər.
9 - Funksiyalar sistem proqram təminatı və "Gallery Editor" tətbiqi ən son variantlara qədər yeniləndikdən və internet bağlantısı olduqdan sonra həyata keçiriləcək.
10 - İnternetə qoşulmaq tələb olunur. Cavabların dəqiqliyini yoxlamaq lazımdır.
11 - "iOS/macOS" platformaları ilə uyğunluq üçün "Xiaomi Connectivity Service" tətbiqinin quraşdırılması tələb edilir.
12 - Çeşid, qiymətlər və məhsulun mövcudluğunu satıcıdan dəqiqləşdirin.
13 - "Wi-Fi" bağlantısı ("Wi-Fi" tezlik diapazonları, "Wi-Fi" standartları və IEEE 802.11 standart spesifikasiyalarında təsdiqlənmiş digər funksiyalar daxil olmaqla) regional əlçatanlıqdan və yerli şəbəkə dəstəyindən asılı olaraq dəyişə bilər. Bu funksiya OTA vasitəsilə əlavə edilə bilər.
14 - "eSIM" istifadəsi üçün bu funksiyanın istifadəsini əhatə edən tarif planı tələb olunur. Bu tarif planı xidmət təminatçısını dəyişdirərkən və rominq zamanı (müqavilə müddəti bitdikdən sonra belə) müəyyən istifadə məhdudiyyətlərinə malik ola bilər. "eSIM"in mövcudluğu ölkə/region və operatordan asılı olaraq dəyişə bilər. Daha ətraflı məlumat üçün operatorunuza müraciət edin.
15 - Cihaz yalnız müəyyən laboratoriya şəraitində su və toza davamlı kimi sertifikatlaşdırılıb, bu şərait adi istifadə şəraiti ilə üst-üstə düşməyə bilər. Zəmanət sınaq şəraitindən fərqli şəraitdə maye səbəbindən yaranan zədələrə aid edilmir. Qoruma səviyyəsi aşınma, fiziki zədə və/və ya təmir üçün lazım olan təmir səbəbindən pisləşə bilər. Əlavə məlumat üçün dəstək xidmətinə müraciət edin.
.jpg)
.jpg)
.jpg)
.jpg)

