Icma.az
close
up
RU
Xidmət rəisinə müraciət edildi: Qanunsuz yarış keçirilir!

Xidmət rəisinə müraciət edildi: Qanunsuz yarış keçirilir!

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev, həmçinin bir qrup məşqçi, idmançı və federasiya nümayəndəsi Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə 25–27 iyun tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Muaytay üzrə Azərbaycan Çempionatının keçirilməsinin planlaşdırıldığı, lakin bu prosesin Azərbaycan Muaytay Federasiyasının razılığı və iştirakı olmadan təşkil edilməyə cəhd göstərildiyi qeyd olunur.

Müraciətdə bildirilir ki, belə bir addım federasiyanın üzvlərinin, məşqçilərinin və idmançılarının hüquqlarının pozulmasına səbəb olur. Yarışın keçirilməsi təşəbbüsü ilə çıxış edən Uşu Federasiyasının prezidenti Azər Həsənov, Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Elşən Əbdülrəhmanov və Vüqar Əsədovla bağlı Türkiyədə Araz Musayevin bıçaqlanması hadisəsi üzrə hüquqi proseslər də davam edir.

Qeyd olunub ki, Muaytayın digər federasiyanın tərkibinə verilməsi ilə bağlı qəbul edilmiş 38 saylı qərar məhkəmə tərəfindən ləğv edilib və akreditasiya məsələsinə yenidən baxılması tapşırılıb. Buna baxmayaraq, akreditasiya prosesi yekunlaşmadan Muaytay üzrə Azərbaycan Çempionatının keçirilməsinə cəhd göstərildiyi vurğulanır.

Federasiya nümayəndələri aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını və qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş ediblər.

Xatırladaq ki, 23 may 2026-cı il tarixində keçirilmiş Azərbaycan Muaytay Federasiyasının ümumi yığıncağında Araz Musayev növbəti dörd il müddətinə federasiyanın prezidenti seçilib və bununla bağlı sənədlər, eləcə də video materiallar Ədliyyə Nazirliyinə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyun 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri