Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

XIII Qlobal Bakı Forumu uğur və inkişafın təntənəsi

XIII Qlobal Bakı Forumu uğur və inkişafın təntənəsi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 12-də ölkəmizdə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda kecirilən XIII Qlobal Bakı Forumu dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha sübut etdi. Artıq dünyada hər kəs tərəfindən qəbul edilən həqiqətdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərə marağın ildən-ilə artmasi da məhz bunun məntiqi nəticəsidir. Bu dəfə  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Əlbəttə ki, Forum, əslində, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün unikal  məkandır. Belə tədbirlər xalqlar arasında körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviqində əhəmiyyətlidir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir.
Dövlətimizin başçısı cənab İlham Əliyev Forumun açılışındakı çıxışında “Builki Forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək” söyləyərək bildirib ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. İşğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq.  Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik. Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. 
Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda daha bir aktual məsələyə özünəməxsus şəkildə aydınlıq gətirib. “Bu gün toxunmaq istədiyim üçüncü mövzu isə bağlantı və nəqliyyat əlaqələridir. Görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu da insanlar, dövlətlər, iqtisadiyyatlar və təchizat zəncirləri üçün ciddi çətinliklər yaradır. Nəqliyyat və əlaqə xətləri pozulduqda beynəlxalq ictimaiyyətin bir çox üzvü çətin vəziyyətə düşür. Azərbaycanda isə biz fosil yanacaqların satışından əldə etdiyimiz gəlirlərin böyük hissəsini nəqliyyat və logistika infrastrukturunun inkişafına yatırmışıq. Bu gün Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri baxımından əvəzolunmaz tərəfdaşdır. Eyni zamanda, Orta Dəhliz və Şimal-Qərb dəhlizinin inkişafında aktiv iştirak edən və investisiya qoyan yeganə ölkədir. Azərbaycanın ərazisində bu dəhlizlər üzrə tikinti layihələri artıq tam başa çatdırılıb. Hazırda gördüyümüz iş isə mövcud dəhlizlərin ötürmə qabiliyyətini artırmaq üçün əlavə investisiyalar yatırmaqdır. Çünki Azərbaycan üzərindən tranzitə tələbat artır. Biz həm şərqdə, həm də qərbdə yerləşən bir çox ölkə üçün vacib tranzit imkanları təmin edirik”.
Regional layihələrin iştirakçısı, həmçinin, təşəbbüskarı kimi çıxış edən Azərbaycanın bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar maraqları nəzərə alınır. Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin  bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir.  Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməyib. Yeddi ay əvvəl sülh sazişi paraflanmış və tərəflər arasında birgə bəyanat qəbul edilib. Bununla yanaşı, Azərbaycan sülhün real həyatda da təmin olunmasına nail olub. Bu gün sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları müşahidə olunmur və artıq insan itkiləri baş vermir. Bu isə regionda yeni təhlükəsizlik mühitinin formalaşdığını göstərir.
Prezident İlham Əliyevin çıxışında post-müharibə dövründə sülhün bərqərar olunması və münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar da diqqətə çatdırılıb. Uzunmüddətli münaqişələrin həlli bəzi hallarda onilliklər tələb etsə də, regionda əldə olunan nəticələr nisbətən qısa müddətdə mümkün olub. Siyasi iradə, reallıqların qəbul edilməsi və qarşılıqlı maraqların nəzərə alınması yeni mərhələnin başlanmasına şərait yaradıb. Bu proses göstərir ki, davamlı sülh yalnız müharibənin sona çatması deyil, eyni zamanda qarşılıqlı etimad mühitinin formalaşması ilə möhkəmlənəcək. Azərbaycan dövlətinin bölgədə sülh və inkişaf üçün atdığı mühüm tarixi addımlar sübut edir ki, ölkəmiz daima sülhə və əməkdaşlığa önəm verən, bölgədə dağıdıcılığa deyil, birgə əməkdaşlığa önəm verən qüdrətli dövlətdir.
Muxtar Nağıyev,
YAP Səbail rayon təşkilatının sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri