Icma.az
close
up
RU
XİLASKAR Ulu Öndər Heydər Əliyevin siyasi portretindən ştrixlər

XİLASKAR Ulu Öndər Heydər Əliyevin siyasi portretindən ştrixlər

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan tarixində xalqla lider arasında yaranan mənəvi bağlılıq nümunələri çox deyil. Ancaq Heydər Əliyev şəxsiyyətində bu bağ sadəcə, siyasi simpatiya deyildi – bu, bir xilaskar inamı, milli qürur və gələcəyə ümid idi. Siyasi portretinə nəzər salanda aydın olur ki, Ulu Öndər Azərbaycan xalqı üçün təkcə rəhbər yox, həm də ümid işığı, təhlükədən çıxış yolu, sabaha gedən yolun bələdçisidir.

1990–1992-ci illər – milli dövlətçiliyin mürəkkəb dövrü

XX əsrin sonlarında Azərbaycan Sovet imperiyasının dağılması ilə yeni müstəqil mərhələyə qədəm qoydu. Amma bu mərhələ sevinc yox, daha çox acı ilə başladı. 1990-cı il 20 Yanvar faciəsi, Qarabağda alovlanan müharibə, Bakıda siyasi anarxiya, Moskvadan yönəldilən təxribatlar və iqtidarsız rəhbərliyin xalqın etimadını itirməsi... Bütün bunlar dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə olduğunu göstərirdi.

1991-ci ildə Azərbaycanın müstəqilliyi formal olaraq de-yure elan olunsa da, bu dövlətin real əsasları yox idi. İdarəetmədə xaos, ordu və təhlükəsizlik sistemində parçalanma, iqtisadi böhran və bölgələrdə separatizmin güclənməsi artıq dövlətin yox olma de-fakto dağılmaq təhlükəsini gündəmə gətirmişdi. Ən ağrılısı isə xalqla hakimiyyət arasında yaranmış uçurum idi.

Ümid yeri – Heydər Əliyev

Məhz belə bir vaxtda Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi fəaliyyətə qayıtdı. Bu qayıdış, bir bölgənin deyil, bütün Azərbaycanın siyasi xilası üçün bir siqnal idi. O, ilk gündən Moskvaya qarşı qəti mövqe tutdu, Azərbaycan xalqının hüquqlarının pozulmasına qarşı çıxış etdi, 20 Yanvar hadisəsinə siyasi qiymət verilməsini tələb etdi. Naxçıvanda üçrəngli bayrağın dövlət bayrağı kimi qaldırılması və “Sovet Sosialist” sözlərinin rəsmi adlardan çıxarılması məhz bu uzaqgörən liderin təşəbbüsü ilə reallaşdı.

Həmin dövrdə Azərbaycan xalqının əksər bölgələrində yalnız bir sual səslənirdi: “Heydər Əliyev Bakıya nə vaxt gələcək?”. Bu sual artıq xalqın öz taleyini kimə etibar etmək istədiyini göstərirdi. Və nəhayət, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya qayıtdı. Bu qayıdış xalqla liderin tarixi birliyinin – xalq-iqtidar həmrəyliyinin təntənəsi idi.

Xalq-Heydər Əliyev birliyi – tarixin dönüş nöqtəsi

Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə dövlətçiliyin sütunları bərpa olundu. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ordu quruculuğu başlandı, beynəlxalq əlaqələr yenidən quruldu və nəhayət, sabitlik bərqərar oldu. Bir sözlə, hüquqi dövlət quruculuğu prosesi başlandı. Bu sabitlik təkcə sakitlik deyil – inkişafın, investisiyanın, sabahın zəmanəti idi.

Strategiya – müstəqillikdən milli dövlətçiliyə doğru...

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq iqtisadi arenaya çıxardı. Bu müqavilə təkcə neft deyil, milli iradənin və dövlətçilik gücünün sübutu idi. Əldə olunan gəlirlər sosial layihələrə yönəldi, ordu gücləndi, təhsil və elm inkişaf etdi, ölkədə milli həmrəylik formalaşdı. Xarici siyasətdə balanslı və uzaqgörən addımlar atıldı. Heydər Əliyev diplomatiyada da yeni məktəb yaratdı – onun danışıq tərzi, prinsipləri və mövqeyi Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edən siyasət idi.

İlham Əliyev – Heydər Əliyev yolunun qalib davamçısı

2003-cü ildə xalq öz seçimində bir daha uzaqgörənlik göstərdi – Heydər Əliyevin siyasi varisi, İlham Əliyevə etimad göstərdi. Bu etimad zaman keçdikcə möhkəmləndi, çünki İlham Əliyev lider kimi sözünü əmələ çevirdi, siyasi iradəni konkret nəticələrə yönəltdi.

Müasir Azərbaycanın qüruru – 44 günlük müharibənin Zəfəri

Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi hərbi, iqtisadi və diplomatik islahatlar 2020-ci ildə öz bəhrəsini verdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik işğala son qoydu. Bu Zəfər – Heydər Əliyev siyasətinin davamlılığının və xalq-lider birliyinin ən parlaq nümunəsi oldu. Bu qələbə ilə həm də bütün dünyaya sübut edildi ki, Azərbaycan heç bir halda torpağını güzəştə getmir və öz gücünə güvənir.

İlham Əliyevin dövlətçilik missiyası – strateji inkişaf və qlobal liderlik

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan bu gün dünya üçün etibarlı tərəfdaş, region üçün isə lider dövlətdir. Qarabağda aparılan yenidənqurma işləri, “Böyük Qayıdış” Dövlət proqramı, beynəlxalq tədbirlərin ev sahibliyi – bunlar artıq müstəqil Azərbaycanın öz tarixini yazmasının nümunələridir.

Bir tarixi miras – iki böyük Lider

Heydər Əliyev və İlham Əliyev – bu iki ad Azərbaycanın müasir dövlətçiliyinin təməlini qoyan və onu zirvəyə yüksəldən liderlərin təcəssümüdür. Biri dövlətin banisi, digəri isə o dövlətin əbədiliyinin və qələbəsinin təminatçısıdır. Bu tandem – Azərbaycan xalqının qüdrətini, zəfər əzmini və gələcəyə inamını formalaşdıran misilsiz məktəbdir.

Azərbaycan xalqı bu gün fəxrlə deyir:
"Heydər Əliyev – əbədiyyətin adı, İlham Əliyev – zəfərin simvoludur!"

Bəhruz Quliyev

"Səs" qəzetinin Baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri