XİN: Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 32 nəfər isə amansızlıqla qətlə yetirilib.
Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin Azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq”,- deyə paylaşımda qeyd edilib.
https://twitter.com/AzerbaijanMFA/status/1909491453392310487


