XİN in rəhbər heyəti, diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət ediblər
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 7 iyul, AZƏRTAC
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi, habelə 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin rəhbər heyəti, habelə xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, diplomatik xidmət orqanlarının rəhbərlərindən ibarət heyət Fəxri xiyabanda xalqımızın Ulu Öndəri Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıb.
Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi minnətdarlıqla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə çələng və gül dəstələri qoyulub.
Nümayəndə heyəti, həmçinin Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin qarşısına gül qoyaraq, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin memarlarının əbədiyaşar xatirəsini anıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















