XİN rəsmisi: Ermənistanla razılığa gəlmək mümkündür
![](https://www.aznews.az/storage/2024/12/10/abd020c2-6d52-349d-a192-91f08563bcd1_850.jpg)
Azərbaycana qarşı aqressiyalara baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür.
Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzulu beynəlxalq konfransda deyib.
"İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq", - nazir müavini əlavə edib.
![see](https://icma.az/template/assets/see.png)