Icma.az
close
up
RU
Rusiya XİN: Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün Aİ nin Ermənistandakı missiyasından istifadə etməyə çalışır

Rusiya XİN: Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün Aİ nin Ermənistandakı missiyasından istifadə etməyə çalışır

Icma.az, Azertag saytına istinadən bildirir.

Moskva, 18 aprel, AZƏRTAC

Fransa və Avropa İttifaqının (Aİ) Ermənistandakı fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməklə bağlı deyil, əksinə, regionda kənar müdaxilənin gücləndirilməsinə və sabitliyinin pozulmasına yönəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi ilə bağlı Parisin mövqeyini Moskvanın necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən bildirib. M.Zaxarova deyib: “Bəli, avropalıların, ilk növbədə fransızların öz geosiyasi məqsədlərinə nail olmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını deməyə bütün əsaslar var. Onlar bizi inandırmağa çalışsalar da, Cənubi Qafqazda Parisin xoş niyyətlərinin olması ilə bağlı bizim heç bir illüziyamız yoxdur”.

Diplomat qeyd edib ki, regionda gündəm gərginliyin azaldılması, normallaşma, sülh, quruculuq, yaradıcılıq prosesi ilə uzlaşmır.

“Biz Avropa İttifaqının Ermənistandakı əsl məqsədlərinin nə olduğunu lap yaxşı bilirik. Onlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək istəmir. Avropa İttifaqının nümayəndələrini casus müşahidəçi adlandırmaq olar. Onlar həm daxildə, həm də xaricdə Ermənistanla qonşu olan bütün dövlətlərə və ölkələrə qarşı işləyirlər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

O, əlavə edib ki, Paris təmsilçilərinin bölgədə olarkən topladıqları məlumatlar heç bir şəkildə erməni həmkarları ilə paylaşılmır: “Çünki məqsəd başqadır. Onlar hər şeyi birbaşa Brüsselə göndərirlər. Nə üçün? Mənə elə gəlir ki, Brüsselin postsovet məkanında vəzifəsini heç kəs gizlətmir də. Bu, sonsuz xaos, ixtilaf, qarşıdurmadır”.

M.Zaxarova vurğulayıb ki, Aİ müşahidəçiləri regiona heç bir sabitlik gətirmir, əksinə, “yeni ayırıcı xətlər, yeni gərginlik ocaqları, yeni problemlər yaradırlar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri