Icma.az
close
up
RU
Yaz yorğunluğu, yoxsa depressiya... Fiziki şikayətlər varsa, iştah və yuxu rejimi dəyişibsə, diqqətli olun

Yaz yorğunluğu, yoxsa depressiya... Fiziki şikayətlər varsa, iştah və yuxu rejimi dəyişibsə, diqqətli olun

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qışın sonunda çıxan günəş əhvalımızı yüksəldir, ruhumuza qidalandırır. Rəngarəng və canlanmış təbiətlə gözlərimiz və qəlblərimiz açılır. Amma yaz həm psixoloji, həm də fizioloji dəyişikliklərlə gəlir. Yaz aylarında emosional dalğalanmalar, depressiya, panik atak və narahatlıq pozğunluqları arta və ya təkrarlana bilər. Yazda mövsümün dəyişməsi ilə qışda daha çox ifraz olunan və yuxuda, oyaqlıqda və bədən istiliyində nizamsızlıqlara səbəb olan melatonin hormonunun istehsalı günəş işığına məruz qaldıqda azalır. Eyni zamanda sizi xoşbəxt edən hormon olan serotonin istehsalı da artır. Hormonlarımız bizi daha yaxşı hiss etmək üçün işləyir.Özünüzü daim yorğun, enerji çatışmazlığı, konsentrasiyanın olmaması, əsəbilik, istəksizlik və ümidsizlik hiss edirsiniz?

Fiziki şikayətləriniz keçmirsə, iştahınız və yuxu rejiminiz dəyişibsə, diqqətli olun. Gündəlik həyatınızın öhdəsindən gəlməyinizi çətinləşdirən bu əlamətlər depressiya əlaməti ola bilər. Bu problemlər tez-tez yaz yorğunluğu ilə qarışdırıla bilər. Belə şikayətlər iki həftədən çox davam edərsə, mütləq bir mütəxəssislə məsləhətləşin.

Psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, genetik olaraq depressiyaya meylli və keçmişdə depressiya keçirmiş insanlarda yaz aylarında depressiyaya daha çox rast gəlinir.

Ramin Hacıyev

“Mövsümi depressiya güclü ünsiyyət qabiliyyətinə malik olan ekstrovert insanlarda nadir hallarda, zəif introvert ünsiyyət qabiliyyəti olan insanlarda daha çox rast gəlinir. Bundan əlavə, mükəmməlliyətçi fərdlər çeviklikdən məhrum olduqları üçün performans gözləntilərindən aşağı düşdükdə daha tez-tez depressiv simptomlarla qarşılaşa bilərlər. Yaz aylarında hiss etdiyiniz halsızlıq, əsəbilik, ümidsizlik kimi əlamətlər ən azı iki həftə davam edərsə, mütəxəssisə müraciət etməlisiniz. Əgər sizdə ümidsizlik, depressiya, günahkarlıq, dəyərsizlik hissləri, kədərli və boşluq hissi, zəiflik, enerji itkisi və ya gündəlik işlərə maraq itkisi, performansın azalması, əsəbilik, asanlıqla ağlama, narahatlıq və qorxular, həddindən artıq narahatlıq və ya süstlük, və uzunmüddətli konsentrasiya pozğunluğu, müalicəyə cavab verməyən ağrı, intihar düşüncələri, intihar planları və ya cəhdləri varsa, bunlar depresiyasının əlamətidir”-deyə psixoloq qeyd edib.

Ramin Hacıyev bildirib ki, mövsüm dəyişikliklər zamanı depressiya əlamətləri olan insanlar üçün ən vacib yardım günəş işığıdır: “Səhər mümkün qədər tez oyanmaq və gün boyu günəşdən faydalanmaq lazımdır. Bundan əlavə, yuxu və oyanma saatlarında planlı olmaq, günə nizamlı başlamaq və sağlam qidalanmaq da problemlərin öhdəsindən gəlməyə kömək edir.

Psixoloq əlavə edib ki, əgər yaz depressiyası yaşayırsınızsa, sosial həyatınızı mümkün qədər aktiv saxlamağa çalışın: “Maye itkisi nəticəsində yaranan fiziki və zehni yorğunluğu aradan qaldırmaq üçün bol su için, müntəzəm məşq edin və ya gəzin, iştahınızı tarazlaşdırmaq üçün yemək vərdişlərinizi tənzimləyin”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Aprel 2025 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri