Icma.az
close
up
RU
Xırdalanda eyni şirkətə 3 ayda 4cü tender verildi Bu dəfə 1,8 milyon manat…

Xırdalanda eyni şirkətə 3 ayda 4cü tender verildi Bu dəfə 1,8 milyon manat…

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi abadlıq işlərinin satın alınmasl ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Proqress İnşaat En” MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 1 803 006,02 manat ödəyəcək.

Xırdalan icra nümayəndəliyinin ötən ay yolların təmiri ilə bağlı keçirdiyi tenderin də qalibi “Proqress İnşaat En” şirkəti olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 478 634,87 manatdır.

Sentyabr ayında isə “Proqress İnşaat En” şirkəti icra nümayəndəliyinin iki tenderinin qalibi seçilib. Tenderlərdən biri Xırdalan şəhərində küçə işıqlarının, digəri isə Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 213 664,69 manat və 627 583 manatdır.

Beləliklə, “Proqres İnşaat En” şirkəti sentyabr-noyabr aylarında toplam maliyyə dəyəri 4 122 888,58 manatlıq 4 tenderin qalibi seçilib.

“Proqress İnşaat En” şirkəti 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.

3 ildir fəaliyyət göstərən şirkət fəaliyyətə başladığı qısa müddət ərzində xeyli sayda tenderin qalibi olub. Bu səbəbdən şirkət “tender kralı” kimi tanınır.

Lakin çox sayda tenderin qalibi olan bu şirkət haqqında heç bir məlumata rast gəlinmir. Bu baxımdan, Xırdalanda həm küçə işıqlarını, həm yolları, həm mənzil fondunu təmir edəcək, həm də abadlıq işləri aparacaq şirkətin maddi-texniki imkanlarının buna cavab verdiyini söyləmək çətindir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.

Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, 2003-2005-ci illərdə Nəsimi rayonunun, 2005-2022-ci illərdə isə Nərimanov rayonun icra başçısı vəzifəsində işləyib.

Onun Xırdalan şəhəri üzrə nümayəndəsi isə Malik Məmmədovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri