Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib: Küçəni üfunət bürüyüb VİDEO
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Bildirilib ki, Məhəmməd Hüseynzadə küçəsində təxminən iki ildir kanalizasiya borusundan mütəmadi olaraq çirkli su küçəyə axır. Problem aradan qaldırılması üçün görülən işlər qısamüddətli olur. Bir müddət sonra kanalizasiya yenidən daşmağa başlayır.
"Yaranmış vəziyyət küçədə hərəkəti çətinləşdirir, antisanitariya şəraiti yaradır və ərazidə yaşayanların gündəlik həyatına mənfi təsir göstərir. Sözügedən küçə Heydər Əliyev prospektindən cəmi 50 metr aralıda yerləşir. Kanalizasiya suları prospektə də axır ki, bu da ətraf mühit və insanların sağlamlığı üçün potensial təhlükə yaradır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















