Icma.az
close
up
RU
Xırdalanda qadın ona şiddət göstərən ərini bağışladı MƏHKƏMƏ

Xırdalanda qadın ona şiddət göstərən ərini bağışladı MƏHKƏMƏ

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda 1982-ci il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu İlhaməyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 21-də Xırdalan şəhərində yerləşən “Abşeron Gənclər şəhərciyi”ndə baş verib. 
Aqil İlhamə ilə birgə yaşadıqları evdə mübahisələri olub. Çütlüyün arasında mübahisənin yaranmasına səbəb isə Aqilin mobil telefonla başqa qadınla ünsiyyət saxlamasını qadın görüb və qısqanclıq zəminində ona irad bildirib. 
Bu zaman Aqil qeyri-rəsmi ər-arvad münasibətində olduğu İlhamə ilə aralarında həmin səbəbdən mübahisə yaranıb. Narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşən Aqil onun barmağını sıxaraq qırıb. 
Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən zərərçəkmiş şəxs ilə təxminən 1 il olar qeyri-rəsmi nikah münasibətləri var: “İlk zamanlar İlhamə ilə münasibətlərimiz yaxşı olsa da, lakin son zamanlar məni qısqandığı üçün aramızda sözlə mübahisələrimiz yarandı. Fevralın 21-də, gecə saatlarında İlhamə ilə birlikdə yaşadığımız mənzildə olarkən telefonunda başqa qadınla yazışmağımı gördü. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək İlhamənin sağ əlindən tutaraq, qəsdən baş barmağını sıxdım, ona xəsarət yetirdim. Bundan sonra İlhamənin ağrıdığını gördüm və dərhal onu Respublika  xəstəxanasına apardım. Orada ilkin tibbi yardım edildikdən sonra yaşadığı evə buraxıldı”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. 
Həmçinin zərərçəkən qeyri-rəsmi münasibətdə olan kişini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri