Icma.az
close
up
RU
Xırdalanda qonşusunu döyən qadına hökm oxundu

Xırdalanda qonşusunu döyən qadına hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Məleykə Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttiham aktına əsasən, hadisə 10 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.


Belə ki, Məleykə Quliyeva tanışı Cəfər Hacılıdan (şərti) mobil telefon adapteri istəyib. Bu zaman o, orada olan qonşusu zərərçəkmiş Yasəmən Məlikova (şərti) ilə mübahisə edib. Sonra təqsirləndirilən şəxs zərərçəkmişin saçından tutub çəkərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub.


Hadisədən sonra Məleykə Quliyeva saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri