Xırdalanda qadına qarşı quldurluq edən şəxs saxlanıldı
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xırdalan şəhəri ərazisində quldurluq hadisəsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 64 yaşlı qadın polisə yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarını talamasını bildirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.

