Xırdalanda sakinlərə pulsuz hüquqi yardım göstərilib VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Xırdalanda insanlara pulsuz hüquqi yardım edilib.
Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.
Qeyd olunub ki, 4 noyabr tarixində Xırdalan şəhərində yerləşən YAP Abşeron rayon təşkilatında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə ödənişsiz hüquqi yardım təşkil edildi.
Qeyd edilməlidir ki, ödənişsiz hüquqi yardım Azərbaycan Respublikasının Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın təşəbbüsü ilə və “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq baş tutdu.
Görüşdə həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun müdiri Şahin Quliyev və Abşeron Rayonu İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Qubatov iştirak etdilər.
Görüş zamanı sakinlərin fərdi müraciətləri və qaldırdıqları məsələlər qanunvericilik çərçivəsində baxılması məqsədilə qeydə alındı, habelə hüquqi yardım üçün müraciət edən vətəndaşlara Vəkillər Kollegiyasının üzvləri tərəfindən müvafiq tövsiyələr verildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 12 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















