Xırdapay bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində 07.01.2025-ci il tarixdə Kürdəmir rayonu, Xırdapay bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Yeni Azərbaycan Partiyası milli maraqlara cavab verən məqsədyönlü fəaliyyəti ilə xalqın güvənini qazanıb. “Uğurlu siyasət növbəti qələbələrə yol açır”, - deyə vurğulanıb.
Seçki qərargahının üzvləri Arzu Şahbazov, Mehrab Abdurahmanov və bələdiyyə üzvlüyünə namizəd Elmira Şıxəliyeva Yeni Azərbaycan Partiyasının yerli özünüidarəetmə orqanlarında təmsil olunan üzvlərinin öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün məsuliyyətlə çalışdıqlarını diqqətə çatdırıblar.
Çıxış edən seçicilər Azərbaycana mühüm uğurlar qazandıran Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















