Icma.az
close
up
RU
Xocalı faciəsinin 33 cü ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib

Xocalı faciəsinin 33 cü ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər, daha sonra Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sədr Fərhad Abdullayev Xocalı faciəsindən danışaraq qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, insanlığa yönəldilmiş qatı cinayətdir. “Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciənin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, bu soyqırımı sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub”, - deyə F.Abdullayev bildirib.

Vurğulanıb ki, Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və bir sıra konvensiyaların kobud şəkildə pozulmasıdır.

Qeyd olunub ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilərək, Xocalı həqiqətlərinin dünyaya və beynəlxalq aləmə çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə və digər cinayətlər barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasına, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli münasibət bildirilməsinə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri və gərgin əməyi nəticəsində müvəffəq olunub. Xocalı qətliamının dünya dövlətləri tərəfindən tanıdılması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər olduqca təqdirəlayiqdir. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə ötürülməsi istiqamətində çoxsistemli və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlməklə dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.

Vurğulanıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində böyük qələbəsi nəticəsində otuz il davam edən işğala və ədalətsizliyə son qoyulub, respublikamızın ərazi bütövlüyü bərpa olunaraq beynəlxalq hüquq normalarının aliliyi təmin edilib.

Sədr qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi birləşmələrindən Xocalı şəhərinin tamamilə təmizlənməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıda Azərbaycanın Üçrəngli Bayrağını ucaltması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut edib.

Qeyd olunub ki, hazırda Xocalıda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Əzəli yurdlarına qayıdan keçmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunmaqla yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Bir vaxtlar torpağı qanla yoğurulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəlir.

Diqqətə çatdırılıb ki, fevralın 19-da Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərdə ittiham olunan şəxslərin Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə iclasları keçirilir. İllər sonra erməniəsilli cinayətkarların Azərbaycan qanunvericiliyi ilə mühakiməsi hüququn və ədalətin bərpasının göstəricisidir.

F.Abdullayev vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların, qətlə yetirilmiş yüzlərlə həmvətənlərimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri