Icma.az
close
up
RU
Xocalı qatili olan Robert Köçəryanın bəyanatı nədən xəbər verir?

Xocalı qatili olan Robert Köçəryanın bəyanatı nədən xəbər verir?

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


7 iyun parlament seçkiləri yaxınlaşdıqca, Ermənistanda siyasi qüvvələr arasında mübarizə də getdikcə qızışır və bu da öz növbəsində namizədlərin etiraflarına və ya həm özünüifşalarına, həm də qarşılıqlı ittihamlarına yol açır. Bu mənada iyunun 7-nə aparan seçki-təbliğat kampaniyası namizədlərin bir-birini kim daha ağır təhqir edəcək ”tamaşa"sını və ya "məzhəkə"sini xatırladır. Sözügedən "məzhəkə"nin baş "kloun”u isə sözsüz ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryandır.
Kremlin agenti olduğu heç kimdə şübhə doğurmayan Robert Köçəryanın özünü "müdrik və təcrübəli siyasətçi" hesab edərək səsləndirdiyi bəyanatlar, əslində, bir tərəfdən onun öz əleyhinə işləyir, digər tərəfdən isə Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bölgədə və Ermənistanın siyasi mühitində yaratdığı yeni reallıqları bir daha diqqət mərkəzinə gətirmiş olur. Baxın, Köçəryan birbaşa seçki kürsüsündən elan edir ki, hazırda Ermənistanın və Nikol Paşinyanın idarəetmə pultu Azərbaycanın əlindədir: "Biz başa düşməliyik ki, kim ki Nikolu seçir, Əliyevi seçir. Bu adam nə edirsə Azərbaycanın xeyrinə edir, Azərbaycanın göstərişi ilə edir. Onun pultu Azərbaycandadır. Nikolun pultu İlham Əliyevin əlindədir. İndi biz o pultu geri almalı, Ermənistana qaytarmalıyıq. Ermənistanın rəhbəri istisnasız olaraq Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış etməlidir. Biz düzgün seçim etməliyik".
Xocalı qatili olan Robert Köçəryanın bu bəyanatı nədən xəbər verir? Bu, ilk növbədə gücümüzün etiraf olunmasıdır. Yəni ki, bu gün Ermənistan hakimiyyəti kimi, revanşist erməni müxalifəti də artıq gücümüzü tanıyır, real fakt kimi qəbul edir. Bizim gücümüzü tanımaqları isə avtomatik olaraq onların öz məğlubiyyətlərini qəbul etməsi deməkdir. Lakin gücümüzü qəbul etsələr də, nəticə ilə heç cürə barışmaq istəmirlər. Ona görə də Ermənistanın idarəetməsini yenidən öz əllərinə keçirməyə çalışırlar. Köçəıryanın "biz indi o pultu geri almalı, Ermənistana qaytarmalıyıq" ifadəsi də məhz onun revanşist niyyətini ortaya qoyur.
Ancaq Köçəryan "Ermənistanın rəhbəri istisnasız olaraq Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış etməlidir" deyərkən isə açıq-aşkar riyakarlığa yol verir. Çünki o, erməni xalqının maraqlarına yox, nökəri olduğu Kremlin maraqlarına xidmət edir və hakimiyyəti seçki yoluyla ələ keçirərsə, Ermənistanı yenidən Rusiyanın "forpost"una çevirəcəyi də heç kimdə şübhə doğurmur. Heç Köçəryanın özü də bunu gizlətmir. Bu kontekstdə Ermənistan parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda "Deutsche Welle"ə verdiyi müsahibədə səsləndirdiyi “7 iyunda seçim sülh və müharibə arasında olacaq” fikri əslində Köçəryan, Karapetyan və Tsarukyan kimi revanşistlərin timsalında Ermənistanı yenidən Rusiyanın qucağına və müharibə girdabına sürükləmək niyyətlərinin təsdiqidir. Simonyan bununla demək istəyir ki, 7 iyundan sonra Ermənistan ya indiki kursunu davam etdirərək region dövlətləri ilə (ilk növbədə Azərbaycan və Türkiyə ilə) normal münasibətlər qurmağa çalışacaq, yadaki Köçəryanın şəxsində yenidən köhnə revanşist siyasətin nəticələri ilə üzləşməli olacaq.
Ən maraqlı məqam isə budur ki, Köçəryan "Paşinyanın pultunun İlham Əliyevin əlində olduğunu" idda etdiyi halda, onun özünün isə lap çoxdan məlum xarici gücün təsir alətinə çevrildiyini, Putinin sadiq vassalı olduğunu etiraf etmək istəməyib. Lakin yuxarıdakı bəyanatdan bu da aydın olur ki, Köçəryan bu gün Putindənsə daha çox məhz İlham Əliyevdən qorxur. Başqa sözlə desək, İlham Əliyev Köçəryanın "qorxulu röya"sına çevrilib. Bu qorxu həm də onun tezliklə əlləri qandallı şəkildə Bakıya gətiriləcəyi, ədalət məhkəməsinin qarşısına çıxarılacağı narahatlığından doğur. Bəli, Köçəryan təkcə Kremlə xidmət etmək üçün deyil, həm də ömrünün qalan hissəsini Bakı türməsində keçirməmək üçün var gücüylə Ermənistanın baş naziri olmağa can atır. Ancaq Köçəryanı ədalət məhkəməsindən hətta baş nazir kürsüsü də xilas etməyəcək.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 May 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri