Xocalı sakini: Doğma yurduma qayıtmaq məndə böyük qürur hissi yaradıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 28 aprel, AZƏRTAC
“Allaha çox şükür ki, haqq-ədalət öz yerin tapdı. Bizim doğma yurd həsrətimiz sona yetdi. Xocalıya qayıtmaq məndə böyük qürur hissi yaradıb”.
Bunu AZƏRTAC-a açıqlamasında Xocalı sakini Əsədova Seylan deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsinin qalibiyyət bayrağını Qarabağda zirvələrə sancan Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. Əlbəttə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və unikal liderlik qabiliyyəti, dəmir iradəsi və diplomatik məharəti, həmçinin dövlətimizin möhkəm təməllər üzərində dayanması, ordumuzun gücü, Azərbaycanın dünyadakı nüfuzu, buna əsas verir.
Ə.Səmədova əlavə edib ki, 2020-ci ildə Azərbaycan böyük qələbə qazandıqdan sonra dövlətin qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş əraziləri yenidən qurmaq, bərpa etmək, infrastruktur layihələrini həyata keçirmək, yaşayış məntəqələri salmaq olub. Buna sübut olaraq hazırda ailəmlə birlikdə doğma yurduma qayıdıram.
“Bugünkü gündə qalan ömrümün və tarixin ən gözəl günlərini bizə yaşadan prezidentimizə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyib qazilərimizə səbr arzulayıram”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Aprel 2025 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















