Icma.az
close
up
RU
Xocalı Soyqırımı: insanlığa qarşı cinayət ŞƏRH

Xocalı Soyqırımı: insanlığa qarşı cinayət ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinə ən dəhşətli kütləvi qırğınlardan biri – Xocalı soyqırımı kimi həkk olundu. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motatıcı alayı ilə birgə həyata keçirdiyi bu hücum, sadəcə strateji bir şəhərin işğalı deyil, bütöv bir xalqın milli varlığına və mülki əhalisinə qarşı yönəlmiş qəsd idi. Qədim mədəniyyət abidələri və strateji yerləşmədə olan Xocalı erməni millətçilərinin etnik təmizləmə siyasətinin əsas hədəfinə çevrilmişdi.

Hücum başladığı andan etibarən dinc əhali mühasirəyə alınmış, müdafiəsiz insanlar meşələr və dağ yolları ilə xilas olmağa çalışarkən amansızcasına qətlə yetirilmişdir. Bu qanlı hadisə nəticəsində 613 nəfər şəhid olmuşdur ki, onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i yaşlı insan idi. 8 ailə tamamilə yer üzündən silinmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər girov götürülmüşdü. Qətlə yetirilənlər arasında 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq və ya işgəncələrlə öldürülmüşdür. Bu rəqəmlər Xocalı faciəsinin təkcə hərbi əməliyyat deyil, birbaşa soyqırımı niyyəti ilə törədildiyini sübut edir.

Erməni işğalı nəticəsində Xocalının maddi-mədəni irsi də məqsədli şəkildə məhv edilmişdir. 3200 fərdi yaşayış binası, 14 məktəb, 29 kitabxana və tarix-diyarşünaslıq muzeyi darmadağın edilmişdir. Xüsusilə, XIV-XV əsrə aid unikal türbələr və qədim məzarlıqlar yerlə-yeksan olunaraq, azərbaycanlıların bu torpaqlardakı çoxəsrlik izləri silinməyə çalışılmışdır. Bu, beynəlxalq konvensiyalara görə həm də bəşəri mədəniyyətə qarşı törədilmiş cinayətdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə bu hadisələrə soyqırımı statusu verilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası bu işi qlobal müstəviyə daşımışdır. Kampaniya çərçivəsində dünyanın 17 ölkəsi Xocalını rəsmən soyqırımı kimi tanıyıb. ABŞ-ın 30-dan çox ştatı bu faciəni pisləyən qətnamələr qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi Xocalı hadisələrini "müharibə cinayəti" kimi qiymətləndirib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı faciəsi erməni şovinizminin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin ən qanlı zirvəsi idi. Lakin 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi bu tarixi ədalətsizliyə son qoydu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad edərək həm Xocalı qurbanlarının, həm də bütün şəhidlərimizin qisasını döyüş meydanında aldı. "Dəmir Yumruq" əməliyyatı ilə bərpa olunan ərazi bütövlüyümüz Xocalı sakinlərinin və bütün qaçqınlarımızın öz doğma yurdlarına qayıtması üçün yeni bir tarixi mərhələ açdı.

Xocalı qurbanlarının xatirəsi hər il 26 fevral saat 17:00-da ölkə miqyasında sükut dəqiqəsi ilə yad edilir. Bu faciə bizim üçün həm böyük bir kədər, həm də milli birliyimizin və qələbə əzmimizin rəmzidir.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri