Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Xocalıdan dünyaya mesaj: yaddaş, ədalət və qələbə

Xocalıdan dünyaya mesaj: yaddaş, ədalət və qələbə

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Tarixi yaddaşın qorunması, milli faciələrə siyasi-hüquqi qiymətin verilməsi və bu həqiqətlərin gələcək nəsillərə çatdırılması dövlətçilik ənənələrinin mühüm tərkib hissəsidir. Xalqın üzləşdiyi faciələr yalnız keçmişin acı səhifəsi deyil, eyni zamanda milli birliyin, iradənin və mübarizə əzminin formalaşmasında mühüm rol oynayan tarixi dərsdir. Bu baxımdan Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağır, eyni zamanda milli qüruru və ədalətə inamı möhkəmləndirən hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etmişlər. Dövlətimizin başçısı memorialın önünə əklil qoymuş, xatirə kitabına ürək sözlərini yazmışdır.
Prezident çıxışında vurğulamışdır: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir.” Bu fikir bir daha təsdiqləyir ki, Xocalı faciəsi təkcə bir şəhərin sakinlərinə qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş ağır cinayətdir.
Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin qorunması və milli yaddaşın möhkəmləndirilməsi məqsədilə yaradılmışdır. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında reallaşdırılmışdır.
Memorial memarlıq və ideya baxımından dərin rəmzi məna daşıyır. Kompleks dörd tərəfdən Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilmiş monolit konstruksiya ilə əhatə olunmuşdur. Həyətində əkilmiş badam ağacları isə yazın müjdəçisi olmaqla yanaşı, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rəmzi kimi ədalətin təcəssümünü ifadə edir.
Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə yaradılmış ekspozisiya zallarında Xocalı soyqırımının tarixi, faciənin miqyası və nəticələri sənədlər, faktlar və interaktiv təqdimatlar vasitəsilə nümayiş olunur. “Faciənin siması” instalyasiyası 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətlə yetirilmiş dinc sakinlərin taleyini canlandırır. Tavan boyu uçuşan göyərçin maketləri isə sülh arzusunun və günahsız qurbanların xatirəsinə ehtiramın rəmzidir.
Ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasətinin nəticələri, beynəlxalq hüquq normalarının pozulması faktlar əsasında təqdim edilir. Xocalı şəhərinin maketi vasitəsilə faciə günü baş verən hadisələr interaktiv formada ziyarətçilərə çatdırılır. İkinci zalda nümayiş olunan instalyasiyalar bir gecədə məhv edilən ailələrin taleyini, yarımçıq qalan ömürləri və insanlıq əleyhinə törədilmiş cinayətin miqyasını emosional və təsirli formada əks etdirir.
Ekspozisiyada Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər geniş şəkildə təqdim olunur. Müxtəlif ölkələrdə ucaldılmış abidələrin maketləri də burada nümayiş etdirilir.
Ekspozisiya 44 günlük Vətən müharibəsinə, dövlət suverenliyinin tam bərpasına, “Böyük Qayıdış” konsepsiyasına və azad edilmiş Xocalının yenidən dirçəldilməsi ideyasına həsr olunmuş materiallarla tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlər və anım mərasimləri üçün nəzərdə tutulmuş akt zalı yerləşir.
Xatırladaq ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmiş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl insan olmuşdur. Səkkiz ailə tamamilə məhv edilmiş, onlarla uşaq valideynlərini itirmişdir. Bu faciə XX əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri kimi tarixə həkk olunmuşdur.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Azərbaycan xalqı bu ağır faciəni heç vaxt unutmayacaq və unutdurmayacaq. Memorial Kompleks yalnız memarlıq abidəsi deyil, həm də milli yaddaşın canlı salnaməsidir. Bu kompleks gələcək nəsillər üçün həm tarix dərsi, həm də vətənpərvərlik nümunəsidir.
Bu gün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, şəhidlərin qanı yerdə qalmamış, 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa edilmişdir. Memorialın məhz azad edilmiş Xocalı şəhərində ucaldılması ədalətin və milli qürurun təntənəsidir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri