Icma.az
close
up
RU
Xocavənd Şəhəri Günü qeyd olunur

Xocavənd Şəhəri Günü qeyd olunur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xocavənd, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də Sərəncam imzalayıb.

Bu münasibətlə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xocavənd Şəhəri Günü keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi Xocavəndin işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasını qeyd etmək, xalqımızın Zəfər tarixini yaşatmaqdır. Eyni zamanda, tədbir Xocavənd sakinlərini bir araya gətirmək, uşaqların və böyüklərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, şəhərin mədəni həyatına töhfə vermək, eləcə də Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdan sakinlər üçün xoş və yaddaqalan bayram ab-havası yaratmaq məqsədi daşıyır.

Tədbir çərçivəsində uşaqlar üçün ustad dərsləri, yaradıcılıq və maarifləndirici vorkşoplar, üz boyama (face art), interaktiv oyunlar və müxtəlif əyləncə proqramları keçirilir.

Həmçinin balaca sakinlər üçün “Şəngülüm-Şüngülüm” tamaşası təqdim ediləcək. Uşaqlar üçün xüsusi hazırlanmış tamaşa günün proqramında əyləncəli və maarifləndirici məzmunu ilə seçilir.

Axşam saatlarında isə Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq. Konsertdə tanınmış incəsənət nümayəndələrinin çıxışları, musiqi və bədii nömrələr təqdim ediləcək.

İlk dəfə keçirilən Xocavənd Şəhəri Günü doğma yurda qayıdan sakinlərin bir araya gəlməsi, birlik və həmrəylik duyğularının paylaşılması, şəhərin yeni həyatının mədəni tədbirlərlə zənginləşdirilməsi və Xocavənddə bayram ovqatının yaradılması baxımından əhəmiyyət daşıyır.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir - Səfiyar Məcnun

Operator - Vüsal Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see463

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see269

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see264

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see260

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see252

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see251

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see245

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see244

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see235

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see232

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see230

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see229

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see226

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see218

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see214

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see204

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see203

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see194

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see188

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri