Icma.az
close
up
RU
Xorultu problemi və onun HƏLLİ

Xorultu problemi və onun HƏLLİ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Son illər ərzində xorultu və yuxunun obstruktiv apnoe sindromu (YOAS) diggət mərkəzindədir.

Əhali arasında yetkin şəxslərdə (əsasən 30-35 yaşdan yuxarı) daha çox rast gəlinir. Nəticədə bu patologiya ayrı bir xəstəlik - "ronxopatiya" olaraq ayrılmışdır. Xoruldamağa ağız-udlağın yumşaq toxumalarının vibrasiyası səbəb olur  və yuxu zamanı havanın yuxarı tənəffüs yollarından çətinliklə keçdiyini göstərir. Xoruldama zamanı özünə məxsus səs yaranır. Xorultu əsasən dərin yuxu zamanı insanın arxası üstə uzandığı vəziyyətdə baş verir. Bu zaman nəfəs almada asanlıqla vibrasiya edən yumşaq damağın tam boşalması üçün optimal şərait  yaranır.

Əvvəlcə yuxarı tənəffüs yollarının normal anatomik və fizioloji xüsusiyyətlərinə nəzər yetirək. Yuxarı tənəffüs yollarına burun və burun boşluğu, burun-udlaq və qırtlaq daxildir. Tənəffüs yolu burun boşluğu ilə başlanır. Hava burun boşluğundan burun-udlağa, oradan ağız boşluğu ilə əlaqəli olan qırtlağa keçir. Ona gorə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs edə bilir.

Beləliklə, aşağıdakı xəstəliklər zamanı xorultu və YOAS yaranır:

1) burun tənəffüsünün pozulmasına gətirib çıxaran, burun boşluğunda anatomik və fizioloji dəyişiklər;

2) burun-udlaqda anatomik və fiziolji dəyişikliklər;

3) yumşaq damaq və damaq dilçiyinin selikli qişasının hiperplaziyası;

4) ağız-udlağın limfoadenoid törəmələrinin hiperplaziyası;

5) insanın artıq bədən çəkisi olduğu zaman udlağın selikaltı təbəqəsində piy yığıntıları;

6) ağız-udlağın əzələ aparatının neyrogen çatışmazlığı.

Xorultuya, həmçinin genetik amillər və ətraf mühitin təsiri də meyl yaradır. İnsanın yaşı artıqca udlağın yumşaq toxumalarının tonusu azalır və xorultunun yalnız tezliyi deyil, həm də ifadə dərəcəsi artır.

Xorultunun və YOAS-in mexanizmi: yuxuya gedərkən burun-udlaq və ağız-udlaq  əzələləri boşalır. Əvvəlcə tənəffüs yolları divarlarının bir-birinə dəyməsi səbəbindən xorultu əmələ gəlir, daha sonra isə ağız-udlağın divarları enir və ağ ciyər ventilyasiyası kəsilir. Nəticədə 20-90 san. ərzində insanda tənəffüs dayanır. Bu isə hipoksiyaya gətirib çıxardır. Hipoksiyadan bütun toxuma və orqanlar əziyyət cəkir. Neqativ informasiya beyinə çatır və onu qıcıqlandırır. Bu anda insan xoruldayır, tənəffüs yollarını “açır”, 6-7 nəfəs alır. Tənəffüsün dayanmasının bu cür epizodları bir gecə ərzində 400-700 dəfəyə qədər ola bilər. Bu da gecə yuxusunun pozulmasına və səhər yuxululuğa gətirib çıxarır.

Xorultu, YOAS və fəsadlarının diaqnostikasının ən informativ metodu polisomnoqrafiyadır. Polisomnoqrafiya yuxu zamanı orqanizmin müxtəlif funksiyalarının kompleks monitorinqidir.

Amma bu metodun öz nöqsanları var - onun YOAS-ın konservativ və cərrahiyə müalicə nəticələri üzrə dinamikada təkrar tədqiqatların keçirilmə zərurəti ilə əlaqədar olan yüksək qiyməti və çox zəhmət tələb etməsidir.

Xorultu və YOAS-ın müalicəsi ümumi (profilaktik) və xüsusi (müalicəvi) tədbirlərə bölünür. Onlar da, öz növbəsində, konservativ və cərrahi müalicə metodlarına ayrılırlar.

Əsas məqam ilk növbədə rinoskopya zamanı aşkar edilir. Burun tənəffüsünün çətinləşməsinə imkan yaradan və nəfəs almağa böyük müqavimət yaradan səbəblər: burun çəpərinin əyriliyi, burun konxalarının hipertrofiyası, polipoz sinusit, damaq badamcıqlarının (tonzilla) hiperplaziyası, burun-udlağın kistası, piylənmə zamanı udlağın selikaltı təbəqəsində piy toxumasının yığılması, burun-udlağın xoşxassəli və bədxassəli törəmələri. Bütün sadalananlar yumşaq toxumaların vibrasiyası və xorultunun əmələ gəlməsi ilə müşayət olunur.

Xəstəliyin müalicəsi səbəbinə görə aparılır:

- bədən çəkisinin azalması;

- siqaretdən imtina etmək;

- alkoqol, trankvilizator və yuxu gətirici preparatların qəbulunun dayandırılması;

- yuxu zamanı bədənin vəziyyətinin dəyişməsi;

- CPAP-terapiya (ing. dil. “continuous aitway pressure”) ən efektiv konservativ müalicə metodudur. Buruna hava keçirməyən maska bərkidirlər, onun içərisində mini-ventilyator vasitəsilə artıg təzyiq yaradırlar. Pasientlər müalicənin artıq birinci gecəsi yaxşılaşma hiss edirlər. Amma bu metodikanın nöqsanı odur ki, o, yalnız kompensator xarakter daşıyır, yəni YOAS-nun sağalmasına gətirib çıxarmır.

Cərrahi metodlar lazerdən, kriocərrahiyədən, radiocərrahiyədən istifadə etməklə aparılır. Uvulopalatoplastika yumşaq damaqda xüsusi tikişlərin qoyulması əməliyyatıdır. Yüngül dərəcəli xəstəlikdə 98%, ağır xəstələrdə 60% effekt verir.

Son illər yumşaq damaq və burun-udlaqda yeni minimal invaziv cərrahiyə metodları işlənib hazırlanmışdır. Onların üstünlükləri: ətraf toxumalarınin zədələnməsini azaldan goruyucu kəsik, yaxşı koaqulyasiya effekti, yara divarlarının nekrozunun olmaması, onun tez sağalması, əməliyyat texnikasının sadəliyi.

Beləliklə, xorultu, xüsusilə də, yuxunun obstruktiv apnoe sindromu ilə müşayət olunan forması – kifayət qədər yayılmış xəstəlikdir ki, bu zaman hipoksiyadan organizmin bütün orqan və sistemləri əziyyət çəkir. Bu patologiya yalnız tibbi deyil, həm də sosial problemdir və vaxtında aşkar edilib aradan qaldırılması vacibdir.

Lalə Seyfullayeva

Qulaq-burun-boğaz, (LOR) cərrah

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri