Icma.az
close
up
RU
Xoş ovqatlı şəhər sakinlərinin şirin arzuları... REPORTAJ VİDEO

Xoş ovqatlı şəhər sakinlərinin şirin arzuları... REPORTAJ VİDEO

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 mart, AZƏRTAC

Ənənələrin, süfrələrin və xoş arzuların bayramı — Novruzu qeyd edirik. Bu gün paytaxtın mərkəzi küçələrində xüsusi bir canlanma, bayram coşğusu hökm sürür. Doğmaları, yaxınları ilə küçələrə axışan vətəndaşların üzündəki təbəssüm bayram ovqatından xəbər verir. Gəlin, arzu, sevinc dolu qəlblərin səsini birlikdə dinləyək.

AZƏRTAC-ın müxbirləri bayram günündə paytaxt sakinləri ilə həmsöhbət olub.

Paytaxt sakini Gülər Abdullayeva bayram münasibətilə qurulan infrastruktur, yaradılan şərait üçün minnətdarlığını bildirib: "Çox şadam ki, paytaxtımızda belə gözəl yarmarka qurulub. Xalqımız bura gəlib əylənir. Hər şey çox əladır. Hər kəsi təbrik edirəm. Xalqımıza, dövlətimizə sülh əmin-amanlıq, bol-ruzi bərəkət arzulayıram. Hər zaman sevək, sevilək, xoşbəxt yaşayaq".

Paytaxt sakini Aynur Qədimova deyib: "Şəhərdə paytaxt sakinləri və qonaqların bayramı keçirmələri üçün hər cür şərait var. Hər kəsin əhvalı yüksəkdir. Novruz bayramı münasibətilə sizi təbrik edirəm. Xalqımıza, dövlətimizə firavanlıq, bol ruzi, əmin-amanlıq arzulayıram. Neçə belə gözəl bayramlara çıxaq".

Dostları ilə birlikdə şəhərdə bayramı qeyd edən Zümrüd Zeynalzadə burada əyləndiyini, xoş vaxt keçirdiyini qeyd edib: "Dostlarımla şəhərin mərkəzində bayramı qeyd etməyə gəlmişik. Çox gözəl keçir. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Hər bir bayramın xeyirli-uğurlu keçməsini, ruzi-bərəkətli olmasını arzu edirəm".

Ən səmimi müsahibimiz olan 13 yaşlı Məhəmməd Qafarlı isə Novruz bayramını xüsusilə yemək və adət-ənənələrinə görə çox sevdiyini deyib: "Ən xoşladığım bayram Novruzdur. Yeməklər çox olur deyə xoşlayıram. Həm papaqatdı mərasimini, həm də tonqal qalayıb üstündən atlanmağı bəyənirəm. Papaqatdı zamanı müxtəlif şirniyyatlar, şəkərbura, paxlava qoyurlar. Hamınızı təbrik edirəm. Hər zaman gözəl bayramlar keçirək".

Balaca bahar qızı olduğunu deyən Hiranur Məmmədova isə xalqımızı şeirlə təbrik edib.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Orxan Kərimov

Operator - Ceyhun Mustafayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Mart 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri