Icma.az
close
up
RU
Xoş söz adı altında deyilən TƏHQİRLƏR

Xoş söz adı altında deyilən TƏHQİRLƏR

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Psixoloqlar gündəlik ünsiyyətdə tez-tez işlədilən, zahirən xoş və mehriban səslənsə də, əslində insanın özünə inamını sarsıda bilən ifadələrə diqqət çəkiblər. Mütəxəssislərin sözlərinə görə, bu cür ifadələr zahirdə tərif kimi görünür, amma daxilində gizli şəkildə dəyərsizləşdirmə və ya incitmə mənası daşıyır.

Milli.Az xəbər verir ki, psixoloqların fikrincə, bu tip "xoş sözlər" çox vaxt insanın daxilində narahatlıq yaradır və xoşagəlməz təəssürat buraxır. Halbuki səmimi kompliment insanı ruhlandırmalı, sevindirməli, onda öz dəyərinə dair şübhə yaratmamalıdır.

Mütəxəssislərin fikrincə, aşağıdakı ifadələr ən çox rast gəlinən alt mənalı komplimentlər sırasındadır:

"Yaşına görə çox yaxşı görünürsən". Bu ifadə dolayısı ilə yaş artdıqca cazibədarlığın itməli olduğu fikrini ötürür.

"Düzü, bu qədər yaxşı alınacağını gözləmirdim". Tərif ilkin olaraq aşağı gözləntilərə əsaslanır.

"Sənin çox... özünəməxsus üslubun var". Çox vaxt heyranlıqdan daha çox tənqid və ya anlaşılmazlıq gizlədir.

"Sən düşündüyümdən daha ağıllısan". İlk təəssüratın mənfi olduğunu eyhamla bildirir.

"Sən makiyajsız daha yaxşı görünürsən". Digər hallarda insanın görünüşünü dolayı yolla dəyərsizləşdirir.

"Bunu geyinmək böyük cəsarət tələb edir". Seçimin qəribə və ya riskli olduğu mesajını verir.

"Mən sənin kimi yaşaya bilməzdim". İnsanı hamıdan fərqli kimi təqdim edir.

"Şəraiti nəzərə alsaq, pis öhdəsindən gəlmirsən". Diqqəti insanın gücündən çox çətinliklərə yönəldir.

"Yeni başlayan üçün kifayət qədər yaxşıdır". Tərif etsə də, dərhal aşağı səviyyəyə yerləşdirir.

"Canlıda fotolardakından daha yaxşı görünürsən". Şəkillərdə insanın pis göründüyünə dair gizli mesaj verir.

Ekspertlər vurğulayırlar ki, səmimi tərifdə şərt, müqayisə və ya gizli irad olmur. Əgər deyilən sözlərdən sonra insanda narahatlıq və daxili gərginlik yaranırsa, böyük ehtimalla bu, dəstək deyil, maskalanmış tənqiddir. /Lent.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 May 2026 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri