Xoş xəbər odur ki, Azərbaycanla... Paşinyan
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanla sülh artıq reallığa çevrilib, lakin indi bunun qanunla təsbit edilməsi lazımdır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən AB-nin genişlənmə sammitində "Avronyus"a verdiyi müsahibədə deyib.
O, davamlı sülh razılaşmasının həm regional sabitlik, həm də Ermənistanın Avropa perspektivləri üçün vacib olduğunu bildirib.
Paşinyan bu prosesdə ABŞ Prezidenti Donald Trampın dəstəyini və təşəbbüsünü qeyd edib.
"Xoş xəbər odur ki, biz Azərbaycanla sülh bərqərar etmişik. Bu, ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub", - baş nazir bildirib.
Onun sözlərinə görə, bu, sadəcə niyyət bəyannaməsi deyil, çünki razılaşmalar artıq vəziyyətin real dəyişikliyinə gətirib çıxarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Noyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















