Icma.az
close
up
RU
Xoşbəxt Yusifzadənin doğum günüdür

Xoşbəxt Yusifzadənin doğum günüdür

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt Yusifzadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.

1947-ci ildə orta məktəbi bitirib və Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olub. 1952-ci ildə Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş "Dənizneft" Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə "Azneft" Birliyində böyük geoloq vəzifələrində çalışıb.

1954-cü ildə "Gürganneft" Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. Xoşbəxt Yusifzadə 1958-1959-cu illərdə "Neft Daşları" Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə o, Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş "Gürganneft") rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb.

1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və "Neft Daşları" yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1963-cü ildən 1970-ci ilədək "Başdənizneft" İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, "Dənizneft" İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub.

1970-1992-cı illərdə "Xəzərdənizneft" İctimai Birliyinin, "Xəzərdənizneft" İstehsalat Birliyinin, Ümumittifaq "Xəzərdənizneftqazsənaye" Birliyinin, "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləyib. Elmi fəaliyyətini bu dövrdə də davam etdirən Xoşbəxt Yusifzadə 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə yiyələnib.

1992-1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. Onun iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilib və istismara daxil edilib. X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə verib. 2005-ci ildə ona "professor" elmi adı verilib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Xoşbəxt Yusifzadə 2017-ci ildə MDB ölkələrinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalına layiq görülüb. 2018-ci ildə dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Təltif Şurasının qərarı ilə Avropa Ali Xidmət ordeni ilə mükafatlandırılıb. Eyni zamanda, 2009-cu ildən üzvü olduğu Azərbaycan Respublikası Ağsaqqallar Şurasının 2018-ci ildə Fəxri Fərmanı ilə təltif edilib.

Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə 2000-ci ildə Azərbaycan Respublikasının "İstiqlal", 2004-cü ildə "Şöhrət", 2010-cu ildə "Şərəf", 2017-ci ildə 1-ci dərəcəli "Əmək" ordenləri, 2019-cu ildə Heydər Əliyev Mükafatı və ən nəhayət, 2020-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Son olaraq, 2023-cü il dekabrın 7-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan tankerə akademik Xoşbəxt Yusifzadənin adı verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, görkəmli alim, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 2023-cü il oktyabrın 3-də vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Yanvar 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri