Icma.az
close
up
RU
Ziya Yusifzadənin anım günüdür

Ziya Yusifzadənin anım günüdür

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün xalqımızın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı və sədaqətli yetirməsi, respublikamızın dövlət təhlükəsizliyi sistemininin sabiq rəhbərlərindən biri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın keçmiş rəisi, general-leytenant Ziya Yusifzadənin anım günüdür.

Onun ömrünün böyük hissəsi xalqımıza xidmətdə, məsul dövlət idarəçiliyi işində, yüksək peşəkar fəaliyyətdə keçmişdir. Z.Yusifzadənin Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında keçdiyi yarım əsrlik şərəfli xidmət yolu isə bu sahədə çalışan indiki nəsil üçün örnək və canlı məktəbdir. Həyatın ciddi sınaqlarından iti və dərin zəkası ilə çıxan, Vətən və xalq sevgisindən güc alan, ardıcıl və yorulmaz fəaliyyəti  ilə zirvəyə doğru irəliləyən Ziya Yusifzadə zəngin və məzmunlu bir ömür yaşayıb. 

Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olub. Orta təhsili 1946-cı ildə Zaqatala şəhərində qızıl medalla başa vurub. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib.

1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb.

1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxmışdır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1973-cü ildə komitə sədrinin müavini, 1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olub.

1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant hərbi rütbəsi alıb.

1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik etmişdir.

1998-2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub.

Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin  “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb. 

O, 29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Mərhum 30 sentyabrda Baklda II Fəxri xiyabanda dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri