XOŞBƏXTLİYİM BİR ALQIŞDIR Şeir
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Camalı bizi vəsf edən,
Ay, üzünü gündən alar.
Fırlanar yerin başına,
Gərçi nurun gendən alar.
Ömür sür sən açıq alın,
Deməsinlər gönü qalın,
Gəl yığma çox dünya malın,
Çün, yaradan birdən alar.
Haşa,mənəm-mənəm demə
Ölüm bənddir bircə himə,
Əmr eyləyər mələk, cinə,
Borc olanı səndən alar.
Adəmoğlu yetər qanki,
Böyük hanki, kiçik hanki,
Bütün cahan gücün sanki,
Bilməyirsən kimdən alar?!
Şair daim yazar,silər,
Yatan bəxti çətin gülər,
Xöşbəxtliyi alqış bilər,
Haçan onu eldən alar.
Şamil AZİZ
Bu mövzuda digər xəbərlər:“Yeganə xoşbəxtliyim budur...” Yakuboviç 80 ə çatır
26 İyul 2025 18:03
Ayaz Arabaçıdan Bir MƏNSUR ŞEİR
18 Avqust 2025 13:26
“Şeir mənim üçün bir kainatdır”
10 Dekabr 2024 10:43
Böyük bir xəzinə, kiçik bir kənddə ŞEİR
21 Aprel 2026 16:37
Kəmalə Abiyevadan BİR ŞEİR ELÇİN HƏSƏNLİYƏ
04 Mart 2025 12:37
Baxış sayı:132
Bu xəbər 18 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















