Icma.az
close
up
RU
“Yeganə xoşbəxtliyim budur...” Yakuboviç 80 ə çatır

“Yeganə xoşbəxtliyim budur...” Yakuboviç 80 ə çatır

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mənim üçün bu epiqraf ola bilərdi: “Allahdan asan həyat istədim, asan ölüm də istəməliyəm”. Bu mənim xəyal etdiyim yeganə şeydir. Heç kimə problem yaratmasın. Təbii ki, mənim ailəm və dostlarım salamat olsunlar. Qalan heç nə məni maraqlandırmır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Rusiyanın əfsanəvi “Pole çudes” teleşousunun aparıcısı Leonid Yakuboviç yubileyi ərəfəsində TASS agentliyinə verdiyi müsahibədə bildirib. 

İyulun 31-i 80 illik yubileyini qeyd edəcək sənətçi aktyor, ssenarist, peşəkar pilot kimi bir çox sualları cavablandırıb, illər ərzində həyatındakı dəyişikliklərdən danışıb: “Səhərdən axşama kimi işləyirəm. Bu mənim üçün yeganə xoşbəxtlikdir. Bu mənada dəyişən yeganə şey indi beşinci kitabımı bitirməyimdir. İki tamaşada rol almışam. İki ssenari yazmışam. 

Həftədə üç dəfə məşq edirəm, uçuram. Sırf fiziki olaraq nəyinsə dəyişdiyini hiss etmirəm. Və buna görə də özümü əla hiss edirəm. Başım işləyir, başqa heç nəyə ehtiyacım yoxdur”.

Aparıcı doğum gününü heç vaxt qeyd etməyəcəyini deyib: “Çox nadir istisnalar olmaqla, bütün şənliklər 30-40 dəqiqə ərzində məclisə niyə gəldiklərini tamamilə unudan ayrı-ayrı qrupların sakit söhbətlərinə çevrilir. Bu, təbii ola bilər, amma məni xoşbəxt etmir. Oğlumun, qızımın, nəvəmin və həyat yoldaşımın ad günündən başqa heç bir ad günü keçirməyə hazırlaşmıram. Təbii ki, həm də dostlarımın və sevdiklərimin. Bir də heç vaxt öz ad günümü qeyd etməyəcəyəm”.

“Pole çudes”in çəkiliş meydançasında onu təsirləndirən anların olub-olmaması ilə bağlı sualı L.Yakuboviç belə cavablandırıb: “Mən 35 ildir ki, ssenarisiz işləyirəm. 35 il tam improvizə... Çünki iştirakçılardan hansının şouya gələcəyini heç vaxt bilmirəm. Və tapşırıq mənə başlamazdan bir dəqiqə əvvəl, artıq studiyada tamaşaçıların qarşısında dayandığım zaman verilir. Və bu dəftərdə, bu qovluqda tapşırıqdan əlavə barabanın arxasında dayananların kimliyi ilə bağlı qısa məlumat var. Yenə deyirəm, çəkiliş başlanan andan dəqiq nə olacağı barədə heç bir fikrim yoxdur. Bu baxımdan mənim üçün hər bir veriliş yeni kimidir, 35 il ərzində belədir. Ona görə də bu proqrama heç vaxt baxmıram. Ailəm isə heç vaxt bu proqramı qoşmur. Hər dəfə hər şey yeni olur”.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri