XRİTDX də Peşə Bayramı ilə bağlı qanvermə aksiyası keçirilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 sentyabr, AZƏRTAC
Peşə bayramı ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı və XRİTDX-nın birgə təşkilatçılığı ilə təşkil edilən könüllü qanvermə aksiyasında iştirak ediblər.
AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, proqram ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir.
Şəxsi heyət bu nəcib aksiyada fəal iştirak etməklə dövlətə, xalqa və Vətənə xidmətin yalnız peşə borcu deyil, həm də müqəddəs bir amal olduğunu bir daha nümayiş etdirib.
Peşə bayramı günü Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















