Prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Baş Prokurorluğun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü, 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar təşkil olunub.
Ağacəkmə aksiyasında Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak ediblər.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















