Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Bu gün XRİTDX nin əməkdaşlarının peşə bayramı günüdür

Bu gün XRİTDX nin əməkdaşlarının peşə bayramı günüdür

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutan strukturlardan biri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir. Bu gün xidmətin əməkdaşları peşə bayramlarını qeyd edirlər. 26 sentyabr tarixi ölkəmizdə informasiya təhlükəsizliyinin müdafiəsi, dövlət və ictimai qurumların fasiləsiz və qorunan rabitə ilə təmin olunması sahəsində çalışan fədakar insanların əməyinə verilən yüksək qiymətin göstəricisidir. SİA xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə təsis olunub.

Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən hüquqi sənədlər xüsusi rabitə xidmətinin fəaliyyətini tənzimlədi və ona ayrıca status qazandırıb

Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri, milli təhlükəsizlik və müdafiə sistemində etibarlı xüsusi rabitənin yaradılması idi. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır.

Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlətin təhlükəsizlik arxitekturasında xüsusi rabitə və informasiya mübadiləsinin rolunu dərindən dəyərləndirərək, bu sahənin müasir əsaslarla təşkili üçün prinsipial qərarlar qəbul etdi. Onun rəhbərliyi ilə dövlət orqanları arasında məxfi rabitə xətləri quruldu, milli maraqlara uyğun müstəqil təhlükəsizlik infrastrukturu yaradıldı. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən hüquqi sənədlər xüsusi rabitə xidmətinin fəaliyyətini tənzimlədi və ona ayrıca status qazandırdı. Bununla yanaşı, peşəkar milli kadrların hazırlanmasına, yeni texnologiyaların tətbiqinə geniş şərait yaradıldı. Heydər Əliyevin strateji baxışında informasiya təhlükəsizliyi dövlət müstəqilliyinin qorunmasının əsas elementlərindən biri kimi müəyyənləşdirildi.

Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti öz fəaliyyətini məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xətt üzərində quraraq inkişaf etdirir. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində formalaşan bu sistem Azərbaycanın dövlətçiliyinin, təhlükəsizlik və informasiya müstəqilliyinin etibarlı təminatçısına çevrildi.

Ümummilli lider Heydər Əliyevin əsası qoyduğu xüsusi rabitə və informasiya təhlükəsizliyi sistemi Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni, müasir mərhələyə qədəm qoydu. Onun strateji qərarları nəticəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) təkcə dövlət orqanları arasında etibarlı rabitəni təmin edən qurum deyil, həm də ölkənin kiber və informasiya təhlükəsizliyi strategiyasının həyata keçirilməsində aparıcı institutlardan birinə çevirdi.

Prezidentin fərman və sərəncamları ilə XRİTDX-in statusu möhkəmləndirildi, fəaliyyəti daha geniş funksional səlahiyyətlərlə təmin olundu. Xidmət bu gün dövlət təhlükəsizlik sisteminin əsas sütunlarından biridir. İlham Əliyevin rəhbərliyi ilə milli şifrələmə texnologiyaları inkişaf etdirildi, rabitə şəbəkələri müasir avadanlıqla təchiz olundu. Yeni texnologiyaların tətbiqi ilə informasiya mühitinin dayanıqlığı və müdafiə qabiliyyəti artırıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” ölkənin rəqəmsal təhlükəsizlik siyasətində dönüş nöqtəsi oldu. Strategiyada kritik infrastrukturun qorunması, dövlət və özəl sektorun rəqəmsal dayanıqlığının artırılması, habelə kiberhücumların qarşısının alınması üçün milli imkanların gücləndirilməsi nəzərdə tutulur. XRİTDX bu strategiyanın icrasında aparıcı icraçı qurumlardan biri kimi çıxış edərək dövlət orqanlarının təhlükəsiz rabitəsini, eləcə də milli informasiya məkanının bütövlüyünü təmin edir.

Prezident İlham Əliyevin xarici siyasət kursuna uyğun olaraq XRİTDX beynəlxalq tərəfdaşlarla birgə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrini genişləndirdi. Bu, Azərbaycanın qlobal kibertəhlükəsizlik proseslərində fəal iştirakına şərait yaratdı. Beynəlxalq tədbirlərin fəaliyyətini pozmağı hədəfləyən çoxsaylı kiberhücumlara baxmayaraq “Formula 1”, Birinci Avropa Oyunları - “Bakı 2015”, IV İslam Həmrəyliyi Oyunları – “Bakı 2017” və COP29 kimi beynəlxalq tədbirlərdə XRİTDX informasiya və rabitə təhlükəsizliyini yüksək səviyyədə təmin etməklə ölkənin qlobal etibarlılığını möhkəmləndirdi.

Nəticə etibarilə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində XRİTDX müasir texnologiyalara əsaslanan, milli və beynəlxalq təhlükəsizlik sistemlərində mühüm rol oynayan strateji quruma çevrilib. Onun fəaliyyəti Azərbaycanın informasiya suverenliyinin, kibermüdafiə imkanlarının və milli təhlükəsizliyinin etibarlı təminatçısıdır.

Rəqəmsal transformasiya dövründə strateji xidmət

Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsinə çevrilib. Azərbaycan Respublikasında dövlət orqanlarının, kritik infrastruktur obyektlərinin və strateji müəssisələrin rabitə kanallarının etibarlı mühafizəsi məhz bu xidmətin nəzarəti altındadır. Son illərdə xidmət tərəfindən həyata keçirilən islahatlar nəticəsində informasiya təhlükəsizliyi sistemlərinin gücləndirilməsi, kiberhücumların qarşısının alınması və dövlət məlumat resurslarının qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

2025-ci ilin statistik göstəriciləri

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 2025-ci ilin ilk səkkiz ayı üzrə hesabatına görə bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 976 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib. Cari ilin avqust ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 39 kiberhücum indikatoru müəyyən edilib. Xidmət tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir. Avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31 milyon 759 min 74 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8 min 408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2 milyon 850 min 500 zərərli fəaliyyət bloklanıb. Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

Birinci yarım il ərzində qarşısı alınmış DDoS hücumların ümumi həcmi 300 Tbps təşkil edib. Həcmi 1 Gbps olan DDoS hücumlarının sayı 18 olub. Eyni dövrdə "AzStateNet" şəbəkəsi üzrə 262,92 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12 milyon 366 min 400 zərərli məzmun, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 61 min 482 zərərli elektron sənəd bloklanıb. XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin etmək istiqamətində işləri davam etdirir.

2025-ci ildə XRİTDX tərəfindən ölkə üzrə 180 dövlət qurumu və strateji əhəmiyyətli müəssisənin kibertəhlükəsizlik auditi həyata keçirilib.

“Bug Bounty” proqramı – yeni mərhələ

Bu il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yerli kibertəhlükəsizlik startapı olan “Qarabug” platforması vasitəsi ilə GOV.AZ zonasına aid informasiya sistemlərində ilk dəfə həyata keçirilən “Bug Bounty” proqramı uğurla yekunlaşdı. “Bug bounty” layihəsinin həyata keçirilməsinin dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsidir. Bu layihə Dövlət Xidmətinin Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin monitorinq və reaksiya qabiliyyətinin artırılması və istedadlı gənc mütəxəssislərin müəyyən olunması baxımından layihənin əhəmiyyətli rol oynayır. Cari ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində könüllü olaraq təhlükəsizlik üzrə zəiflikləri aşkara çıxaran mütəxəssislər, sadəcə texniki bacarıqlarını deyil, həm də vətəndaş məsuliyyətini və dövlətin rəqəmsal gələcəyinə olan töhfələrini nümayiş etdirdilər. Bu, açıq və şəffaf yanaşmanın, həmçinin ictimai iştirakçılığın uğurlu nümunəsidir.

Ümumilikdə, qeydiyyatını təsdiq etmiş 600 nəfərdən 39 nəfərin fəal iştirak etdiyi proqram çərçivəsində təhlükəsizlik zəifliklərinin aşkarlanması və peşəkar şəkildə sənədləşdirilməsinə görə ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.

Mükafatçılar arasında kibertəhlükəsizlik sahəsində oxuyan tələbələrlə yanaşı, gənc mütəxəssislər də yer alıb ki, bu da proqramın əsas məqsədlərindən olan yeni nəsil etik hakerlərin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Peşəkarlıq və məsuliyyət

Xidmətin əməkdaşları peşəkar hazırlığı, müasir texnologiyalara yiyələnməsi və daim yenilənən bilikləri ilə seçilirlər. Bu gün xüsusi rabitəçilər təkcə paytaxtda deyil, regionlarda da dövlət orqanlarını etibarlı rabitə ilə təmin edir, eyni zamanda beynəlxalq informasiya mühitində ölkəmizin maraqlarını müdafiə edirlər. Onların fədakar fəaliyyəti nəticəsində dövlət idarəetmə sisteminin dayanıqlılığı artır, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm zəmanətlər yaradılır.

COP29-un keçirilməsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyəti

2024-cü ilin noyabrında Bakıda uğurla keçirilən COP29 qlobal miqyasda Azərbaycanın diplomatik nüfuzunu möhkəmləndirməklə yanaşı, milli təhlükəsizlik sistemlərinin peşəkarlığını da nümayiş etdirdi. Belə miqyaslı tədbirdə əsas prioritetlərdən biri informasiya təhlükəsizliyi və etibarlı rabitənin təmin olunması idi. Bu istiqamətdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) üzərinə düşən missiyanı yüksək səviyyədə icra etdi.

Xidmət konfrans günlərində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və nümayəndə heyətləri arasında məxfi və fasiləsiz rabitə kanallarını təmin etdi. Bununla yanaşı, COP29 zamanı istifadə olunan bütün informasiya-kommunikasiya şəbəkələrinin və serverlərin təhlükəsizliyi gücləndirilmiş rejimdə qorundu, mümkün kiberhücumların qarşısı operativ şəkildə alındı. XRİTDX həm də digər dövlət qurumları ilə sıx koordinasiya şəraitində çalışaraq tədbirin informasiya mühitində sabitliyin qorunmasına nail oldu. COP29un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə XRİTDX 15 saxta informasiya resursu aşkarlayıb və ölkə üzrə bloklanmasını təmin edib.

Beləliklə, XRİTDX-in fəaliyyəti COP29-un yalnız təşkilati və diplomatik deyil, həm də texnoloji və təhlükəsizlik baxımından uğurlu şəkildə başa çatmasına mühüm töhfə verdi. Bu, Azərbaycanın informasiya təhlükəsizliyi sahəsindəki potensialının və beynəlxalq etimadının daha da möhkəmlənməsinə xidmət etdi.

Bakı Bəyənnaməsi

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib. Regionda ilk dəfə ölkəmizdə keçirilən 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə, o cümlədən rəsmi şəxslər, diplomatlar və nüfuzlu ekspertlərin iştirak etdiyi Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda “Bakı Bəyannaməsi” qəbul edilib.

Azərbaycan kiberdiplomatiyanın qlobal gündəliyində fəal mövqeyini nümayiş etdirir. Kiberdiplomatiya mövzusu bu gün beynəlxalq səviyyədə diqqət verilən və müzakirə olunan mövzudur. Ötən il Bakıda regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilib. 1-ci Kiberdiplomatiya üzrə beynəlxalq konfrans çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqsədilə ölkəmizdə Kiberdiplomatiya üzrə Tvininq Mərkəzi fəaliyyətə başlayıb. Tvininq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirir.

Anlaşma Memorandumuna uyğun olaraq XRİTDX tərəfindən Tvininq Mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək göstərilir və təlimlərin keçirilməsi üçün təlimçilər cəlb olunur. İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlərin hazırlanması, akademik əməkdaşlığın reallaşdırılmasına dəstək göstərir və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edir. “ICI Buxarest” Tvininq Mərkəzində elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsi, birgə layihələrin koordinasiyası, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində fəal iştirak edir. Xidmət ölkə daxilində informasiya təhlükəsizliyi üzrə Milli strategiyaların icrasında, dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunmasında və normativ-hüquqi bazanın təkmilləşdirilməsində mühüm rol oynayır.

Xatırladaq ki, 2023-ci ildə Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi üçün regional təmsilçilik eksklüziv olaraq Azərbaycana verilib.

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan “OIC-CERT” təşkilatının İdarə Heyətinin Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında, Mərakeş Krallığının Rabat şəhərində “Regional Kibertəhlükəsizlik Həftəsi 2025”də, Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransda (CyCon 2025), Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubayda kibertəhlükəsizlik sahəsində beynəlxalq miqyasda ən nüfuzlu platformalardan biri olan - “GISEC Global 2025”də, Qahirə şəhərində keçirilmiş “FDC Summit 2025”də, Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində fəal iştirak edib.

Məlumat üçün bildirik ki, XRİTDX Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT.gov.az) OIC-CERT təşkilatının idarə heyətində ölkəmizi artıq 9 ildir uğurla təmsil edərək təşkilatın "Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya" adlı 4-cü strateji istiqamətinə rəhbərlik edir.

“Critical İnfrastructure Defense Challenge” – CIDC 2025” beynəlxalq tədbiri

Bu il ölkəmizdə artiq ikinci dəfə “CIDC-2025” ("Critical Infrastructure Defence Challange") tədbiri təşkil ediləcək. “CIDC-2025” ("Critical Infrastructure Defence Challange") tədbiri çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışının seçim mərhələsi uğurla başa çatıb, artıq finalçılar bəllidir. Sözügedən kibermüharibə yarışı bu il ilk dəfə xarici komandaların iştirakı ilə beynəlxalq səviyyədə təşkil ediləcəkdir. Kiberfestivalda dünyanın 30-dan artıq ölkəsindən 300-dən çox ekspert, dövlət nümayəndəsi və aparıcı texnologiya şirkətlərinin təmsilçiləri iştirakı gözlənilir. Tədbir çərçivəsində: qlobal kiberhücumların yeni tendensiyaları müzakirə olunacaq, Azərbaycan və tərəfdaş ölkələrin birgə kibermüdafiə təlimləri keçiriləcək, Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir 9-10 oktyabr tarixlərində keçiriləcək və ölkəmizin beynəlxalq kibermühitdə nüfuzunu artırmaqla yanaşı, milli təhlükəsizlik sisteminin möhkəmlənməsinə də töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see197

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see149

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see137

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see133

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri