Icma.az
close
up
RU
Xronika: Napoleon Fransa krallarının iki qlobusunu niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?

Xronika: Napoleon Fransa krallarının iki qlobusunu niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "1510-cu ildə Xətainin verdiyi fərmanla salınan qala böyüyüb şəhər oldu" adlı veriliş hazırlanıb.

Verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Qərbi Azərbaycanla bağlı bütün mənbələrin oranın türklərə məxsus olmasından, fransız səyyahların qravürlərində İrəvan haqqında mühüm qeydlərindən danışıb.

O bildirib ki, bütün mənbələrdə Qərbi Azərbaycan kəndlərində yaşayanların türklər olduğu göstərilib: "600 il öncə Azərbaycanın qərb torpaqlarında baş verən hadisələrin müasir erməni toplumuna heç bir aidiyyəti yoxdur. Qərbi Azərbaycanla bağlı bütün mənbələr oranın türklərə məxsusluğunu təsdiqləyir. Vergi dəftərləri, statistik sənədlər Qərbi Azərbaycanın etnik tərkibinin türklər olduğunu sübut edir".

Onun sözlərinə görə, 1510-cu ildə Xətainin verdiyi fərmanla salınan İrəvan qalası böyüyüb şəhər oldu: "Osmanlı müəllifi Heydər Çələbi öz "Rüznamə"sində İrəvan haqqında da yazıb. Fransız səyyahlarının qravürlərində İrəvan haqqında mühüm qeydlər var. 1689-cu ildə Fransa kralının göstərişi ilə hazırlanan dünya xəritəsində Qərbi Azərbaycanın yer adları Azərbaycan adı ilə yazılıb. Bütün Avropa arxivlərində bu torpağın adı Azərbaycan türkcəsində qeyd olunur. Orta əsrlərə aid elə bir mənbə yoxdur ki, orada İrəvan - Yerevan, Qarabağ - Artsax kimi yazılsın".

R.Əlizadə sonda Napoleonun Fransa krallarının iki qlobusunu Bastiliya qalasının zirzəmisində gizlətməsinə aydınlıq gətirib və deyib ki, Napoleonun gizlətdirdiyi qlobuslarda Xəzər dənizinin qərbində Albaniya, cənubda Atropatena yazılıb. XIX əsrə qədər Qafqazın heç bir guşəsində Armeniya adında ərazi avropalılara məlum deyildi. Armeniya ifadəsini 19-cu əsrdə saxta tarix yazanlar ortaya atıblar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Napoleon Fransa krallarının iki qlobusunu niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri