Icma.az
close
up
RU
“Xruşovka”lar nə zaman söküləcək? AÇIQLAMA Yeni Çağ Media

“Xruşovka”lar nə zaman söküləcək? AÇIQLAMA Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“3-4-5 mərtəbəli binaların sökülməsi prosesi böyük maliyyələşmə tələb edir. Böyük vəsait tələb edilir. Ona görə ki, bu binalar 60-70-ci illərdə inşa olunub. Əslində, bu yaşayış binalarının istismar müddəti bitib”.

Bunu Qaynarinfo-ya əmlak eksperti Elnur Azadov Bakıda 3, 4 və 5 mərtəbəli binalar sökülmə prosesini şərh edərkən deyib.

Onun sözlərinə görə, bunların arasında qəzalı vəziyyətdə olan binaların sayı daha çoxdur:

“Coğrafi baxımdan bu binaların harada sökülməsi də maraqlı olardı. Yəni, bunlar hansı əraziləri əhatə edəcək. Düşünmürəm ki, dövlət büdcəsindən bu boyda vəsait ayrıla bilər. Əgər nəzərdə tutulursa ki, bəzi ərazilərə tikinti şirkətləri cəlb olsun, fikrimcə, ölkədə bu boyda resurs yoxdur. Bakı şəhərinin yenilənməsində iştirak edə biləcək çox az sayda tikinti şirkətləri var ki, onların da resursları çox azdır. Orta hesabla ölkədə 100-120-yə yaxın tikinti şirkət var. Onların da az qismi bu prosesə cəlb oluna bilər. Ona görə bu prosesdə ən vacib məsələ maliyyənin hansı mənbədən verilməsidir. Tək mənzillər deyil, qeyri-yaşayış sahələri də var. Onların da dəyəri milyonlarla ölçülür”.

Elnur Azadov ölkədə 11 min 5 mərtəbəli “xurşovka” deyilən binaların olduğunu xatırladıb:

“Səhv etmirəmsə, onların da 1000-dən çoxu qəzalı kimi siyahıya alınıb. Hətta yarımqəzalı vəziyyətdə olan binaların köçürülməsi, sökülməsi hansı resurslarla həyata keçiriləcək sual altındadır. Çünkü bu proses böyük vəsait tələb edir. Məsələn, “Sovetski” adı ilə tanınan ərazini sökülməsi, köçürülməsi üçün 10 ildən çox vaxt sərf olunub və kifayyət qədər də vəsait xərclənib. Lakin nəzərə alsaq ki, ərazi bir o qədər də böyük deyildi və orada 1-2 mərtəbəli evlər özbaşına tikilə evlər idi. İndi də söhbət burada minlərlə mənzilin köçürülməsindən gedir”.

Ekspert buna misal olaraq qeyd edib ki, birinci mikrarayonda evlərin qəzalı vəziyyətdə olması aidiyyatı qurumlar tərəfindən təsdiqlənib:

“Bununla bağlı Nazirlər Kabinetinin 83 saylı qərarı var. 7 il keçməsinə baxmayaraq, həmin ərazidə 1800-ə yaxın mənzil var, 6 mindən çox əhali yaşayır. Bu proses hələ də həyata keçirilməyib. Həqiqətən də həmin ərazidə olan evlər FHN-dən və Nazirlər Kabinetinin qərarı ilə qismən qəzalı vəziyyətdə olduğu təsdiq olunub. Bu daha prioritet məsələdir, nəinki şəhərin müəyyən bir ərazisində yerləşən 3-4-5 mərtəbəli binaların sökülməsi ilə bağlı işin icra olunması”.

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərətəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri