Icma.az
close
up
RU
Xsolla IDDA İnkubasiya Proqramına start verildi

Xsolla IDDA İnkubasiya Proqramına start verildi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı əsasında ərsəyə gələn Xsolla-IDDA İnkubasiya Proqramına qeydiyyat başlayıb.

Bu barədə Modern.az-a İRİA-dan bildirilib.

Proqram Azərbaycan və regionun fərdi oyun tərtibatçıları, eləcə də erkən mərhələdə olan oyun komandaları üçün ideyadan başlayaraq minimal işlək məhsulun yaradılmasını əhatə edən inkişaf strategiyası, beynəlxalq ekspertlərdən mentorluq dəstəyi və peşəkar bacarıqların inkişafı istiqamətində geniş imkanlar yaradır.

Xsolla-IDDA İnkubasiya Proqramı bu ilin aprel–iyun aylarında hibrid formatda (oflayn və onlayn) ingilis dilində keçiriləcək. Proqram çərçivəsində iştirakçılara 50-dən çox beynəlxalq oyun sənayesi eksperti ilə işləmək imkanı yaradılacaq, fərdi mentorluq sessiyaları təşkil olunacaq, həmçinin oyun dizaynı, oyun tərtibatçılığı və biznesi üzrə ixtisaslaşmış təlimlər keçiriləcək. Bununla yanaşı, iştirakçılara “go-to-market” strategiyasının hazırlanması və komanda inkişafı istiqamətində dəstək göstəriləcək.

Ümumilikdə, proqramda seçim mərhələsini uğurla tamamlayan 15 iştirakçının – fərdi tərtibatçıların və ya komandaların iştirakı nəzərdə tutulur. Proqramın sonunda ən yüksək nəticə göstərmiş 4 studiyaya xüsusi mükafatlar təqdim ediləcək. Qaliblər 2026-cı ildə Almaniyanın Köln şəhərində keçiriləcək “Gamescom Cologne” beynəlxalq sərgisinə iki nəfərlik səfər imkanı əldə edəcək, həmçinin “Xsolla” şirkətinin oyun nəşri və monetizasiya alətlərinə pulsuz çıxış qazanacaqlar. Bununla yanaşı, qaliblər investor və oyun nəşriyyatçıları ilə görüşlərdə iştirak edəcək və əlavə olaraq 12 ay müddətində mentorluq dəstəyi ala biləcəklər.

Proqrama müraciət üçün son tarix 14 aprel 2026-cı ildir.

Müraciətlər və proqram haqqında ətraflı məlumat üçün link:

//forms.gle/7B8Y7AD3mjG95iU47

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri