Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Xüsusi icra məmurları haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Nazirlər Kabinetinə 4 ay ərzində Xüsusi İcra Məmurları Reyestrinin aparılması qaydalarını və xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu müddət ərzində Nazirlər Kabineti xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirlərini də müəyyənləşdirməlidir.

Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq
02 İyul 2025 18:59
Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq
13 Avqust 2025 13:55
Xüsusi icra məmurunun standart haqqı müəyyənləşəcək
13 Avqust 2025 13:51
Xüsusi icra məmurlarının statusu dövlət icra məmurları ilə bərabərləşdirilir
14 İyul 2025 11:52
Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri müəyyənləşir
02 İyul 2025 19:42

