Xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə rəsm pleneri və satış sərgisi təşkil olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri, eləcə də Agentliyin 1 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin benefisiarlarının iştirakı ilə rəsm pleneri təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə,“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.
Tədbir çərçivəsində İçərişəhərin simvollarından olan Qız qalasının ətrafında sərgi və satış yarmarkası təşkil edilib. Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 10 gənc yetirməsinin əl işlərindən ibarət 6 müxtəlif istiqamət (toxuculuq, dərzilik, vitraj boyama, rəssamlıq, toxunma suvenirlər və muncuqla hazırlanmış bəzək əşyaları) üzrə 300-ə yaxın sənət nümunəsi nümayiş etdirilib.
Sərginin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların peşə bacarıqlarının geniş ictimaiyyətə təqdim olunması, eyni zamanda, milli sənətkarlıq ənənələrinin qorunub saxlanılması və təşviq edilməsindən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 30 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















