Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

XVI əsr, avropalı alim Azərbaycan haqda: Albaniya varisləri

XVI əsr, avropalı alim Azərbaycan haqda: Albaniya varisləri

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1555-ci ildə Sürixdə nəşr olunmuş “Mithridates” (Mitridat: Həm qədim, həm də bu gün bütün dünyada müxtəlif xalqlar arasında istifadə olunan dillərin fərqləri haqqında) əsərinin müəllifi Konrad Gesnerdir.

Gesner bu kitabda dünyada mövcud olan 130-a yaxın dili müqayisəli şəkildə təhlil etmişdir. O, dillərin qohumluğunu və fərqlərini elmi şəkildə araşdıran ilk alimlərdən biridir.

(Kitabı PDF forması: https://archive.org/details/mithridatesdedif00gess?hl=en-US)

Şimali Azərbaycan əhalisindən bəhs edərkən o, “albani” terminindən istifadə edir. Azərbaycanlıları Xəzər dənizinin sahilində, Qafqaz dağlarının ətəklərində yaşayan döyüşkən və qədim bir xalq kimi təsvir edir.

“Xəzər sahilində yaşayan xalqlar çox qədimdir və onların tarixi qədim dünya imperiyaları ilə bağlıdır. Bu dənizin qərbində yaşayanlar həm ticarət, həm də müharibə sayəsində bütün regiona öz dillərini yayıblar”, - müəllif qeyd edir.

O, Azərbaycanı Xəzər dənizindən başlayaraq Anadoluya qədər uzanan qədim bir coğrafiya kimi təqdim edir.

Müəllif yazır: “Bura qədim Albaniyanın yerləşdiyi torpaqlarıdır və bu gün orada yaşayan əhali türk dilində danışır. Albaniya coğrafiyası türklərin və onların dilinin mütləq hakimiyyəti altındadır”.

Gesner o dövrdə Səfəvi imperiyasında yaşayan türkləri çox vaxt “tartari” adlandırır. O qeyd edir ki, bu xalq çox cəsurdur və onların dili bütün Şərqdə başa düşülür.

Gesner kitabın “Türk dili” (Turchica Lingua) bölməsində vurğulayır ki, türk dili sadəcə bir xalqın dili deyil, o dövrdə Dunay çayından tutmuş Hindistana qədər çox geniş bir coğrafiyada istifadə olunan “imperiya dili”dir.

Müəllif Azərbaycanı mədəniyyət ixrac edən bir mərkəz kimi qeyd edir. O, Osmanlı türkcəsi ilə Səfəvi ərazisindəki türkcəni müqayisə edərkən, bəzi mənbələrə istinadən Azərbaycan türkcəsinin “daha xalis” olduğunu və daha az yad təsirə məruz qaldığını yazır.

Kitabda “Armenia” sözü daha çox coğrafi bir termin kimi işlədilir. Gesner vurğulayır ki, bu coğrafiyada yaşayan xalqların əksəriyyəti türkcə danışır.

Gesner burda yaşayan azsaylı ermənilərin öz dillərini itirərək türk dilinə keçməsini geniş şəkildə izah edir. Əgər bir xalq bir ərazinin qədim və köklü sahibi olsaydı, o öz dilini bu qədər asanlıqla itirməzdi.

Bu kitab saxta erməni tarixçilərinin “biz həmişə bu torpaqlarda öz dilimizdə danışan böyük bir dövlət olmuşuq” iddiasını XVI əsrə aid bir avropalı alimin qələmi ilə yerlə yeksan edir. Erməniləri isə bu ərazilərdə sonradan "yaşayan" bir qrup kimi təqdim edir.

“Ermənilər xristian olsalar da, öz dillərini anlamadıqları üçün duaları türk dilində (Turchice) oxuyurlar. Erməni uşaqları doğulandan türk dilində danışırlar”, - yazan müəllif onların regionda azsaylı bir qrup olduğunu bir daha təsdiq edir. O yazır ki, ermənilər harada yaşayırlarsa, oranın ən güclü dilini mənimsəyirlər.

Onun təsvirində Azərbaycan xalqı “təsirə məruz qalan” deyil, “təsir edən” tərəfdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:513
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Fevral 2026 07:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri