Icma.az
close
up
RU
XVIII Avropa Yay Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib FOTOLAR

XVIII Avropa Yay Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib FOTOLAR

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində XVIII Avropa Yay Gənclər Olimpiya Festivalının açılış mərasimi keçirilib. Milli Olimpiya Komitəsindən SİA-ya bildirilib ki, Yan Sandanski İdman Mərkəzində Şimali Makedoniya prezidenti Qordana Silyanovska-Davkova, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər Olimpiya komitələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbir idmançıların paradı ilə başlayıb.

Azərbaycan idmançıları paradda dördüncü sırada yer alıblar. Üçrəngli bayrağımızı cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi Zeyd Ələsgərov və taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova daşıyıb.

Skopyedəki açılış mərasimi ilə yanaşı, yarışların keçirildiyi digər ölkədə - Xorvatiyanın Osiek şəhərində də açılış mərasimi təşkil olunub. Mərasimdə bayraqdarımız idman gimnastımız Rafael Həsənov olub.

“Skopye-2025”ə həsr olunmuş videoçarxın nümayişindən sonra Şimali Makedoniyanın bayrağı arenanın mərkəzinə gətirilib və Dövlət Himni səsləndirilib.

Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos bildirib ki, Avropa Gənclər Olimpiya Festivalı idmanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu yarışlarda fərqlənən idmançılar sonradan böyük idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında öz ölkələrini təmsil edirlər.

Şimali Makedoniyanın prezidenti Qordana Silyanovska-Davkova da festival iştirakçılarına uğurlar arzulayıb. O, bir həftə ərzində gənc idmançıların qələbə naminə apardıqları gərgin mübarizənin şahidi olacaqlarını vurğulayıb.

Qordana Silyanovska-Davkova çıxışının sonunda XVIII Avropa Gənclər Yay Olimpiya Festivalını rəsmi olaraq açıq elan edib. Sonra Avropa Olimpiya komitələrinin bayrağı qaldırılıb.

Ardınca “Skopye-2025”in sülh və həmrəylik məşəlinin alovlandırılmasından bəhs edən videoçarx nümayiş etdirilib. 4 mindən artıq azarkeşin arenadan birbaşa izlədiyi açılış mərasimində oyunların məşəli alovlandırılıb.

Sonra Avropa Olimpiya komitələrinin bayrağı qaldırılıb. Könüllülər, idmançılar, hakimlər və məşqçilər adından and içilib.

Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.

Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak edəcəyi “Skopye-2025”də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparacaqlar.

Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.

İdmançılarımızın 12-si (6 oğlan, 6 qız) cüdo, 9-u (6 oğlan, 3 qız) atletika, 8-i (5 oğlan, 3 qız) taekvondo, 6-sı (3 oğlan, 3 qız) şose velosipedi, 2-si (1 oğlan, 1 qız) dağ velosipedi, 5-i (3 oğlan, 2 qız) üzgüçülük, 4-ü (1 oğlan, 3 qız) idman gimnastikası, 2-si (1 oğlan, 1 qız) badminton, 2-si (1 oğlan, 1 qız) atıcılıq, 2-si (1 oğlan, 1 qız) isə stolüstü tennis yarışlarında iştirak edəcək.

Festivalda badminton üzrə fərdi yarışlarda və atıcılıq növündə birinci yeri tutan idmançılar 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına birbaşa lisenziya qazanacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri