Icma.az
close
up
RU
XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam Şamil Qazıyev

XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam Şamil Qazıyev

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün tanınmış rəssam, əməkdar incəsənət xadimi Şamil Qazıyevin doğum günüdür.

Kulis.az publisist Sara Əzimovanın "XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev" yazısını ixtisarla təqdim edir.

Bu yazımda Şamil Qazıyevin yaratdığı bir neçə əsəri haqqında söhbət açmaq istəyirəm. Rəngləri yaradıcılıq sevdası ilə duyub eşitdiyi üçün Şamil Qazıyevin ilhamla həyat verdiyi müxtəlif janrlı təsviri sənət nümunələri əbədiyaşarlıq qazanıb.

Yaradıcılığının ilk illərində portret janrında yaratdığı əsərlər xüsusilə diqqəti çəkir. Müxtəlif illərdə çəkdiyi “Qardaşımın portreti”, “Qadın rəsmi”, “Ata”, “Avtoportret”, “110 yaşlı qoca” kimi əsərlərində rəssamın portret janrındakı istedadı üzə çıxır. 1931-ci ildə Tiflisdə keçirilən səyyar sərgidə nümayiş etdirilən Şamil Qazıyevin “Çoban” portreti hazırda dünyanın nüfuzlu qalereyalarından sayılan Moskvadakı Tretyakov qalereyasında saxlanılır. Şamil Qazıyev natürmort janrında da gözəl əsərlər yaratmışdır. “Güllər”, “Natürmort”, “Meyvələr” kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Onun güllərlə bağlı natürmortları çoxluq təşkil edir. Yağlı boya ilə həyat verdiyi bu gül dünyasında min bir rəngdə təbiət gözəlinin xoş görüntüləri yaradılıb.

Şamil Qazıyevin əsərləri ilə Naxçıvanın XX əsr tarixinin müəyyən elementlərini, tarixi və mədəniyyət abidələrini restavrasiya etmək mümkündür. “Qaçqınlar”, “Molla məktəbi”, “Əlincə qala”, “Lavaş yapanlar”, “Xıncov məhəlləsi”, “Çörək satan”, “Şəbeh”, “Çalğıçılar”, “Naxçıvanda köhnə həyət”, “Örtülü bazar”, “Köhnə qala”, “Köhnə dəyirman”, “Gəc dəyirmanı”, “Qalayçılar”, “Taxılbiçənlər”, “Xırman”, “Naxçıvan hamamı” və digər əsərlərə baxanda hiss edirsən ki, o, Naxçıvanı ürəkdən sevib və bu torpağın əməksevər insanlarına bağlı olub. Çünki onun bu əsərləri Naxçıvanla, onun təbiəti, insanları, adət-ənənəsi, tarixi ilə bağlıdır.

1979-cu ildə Naxçıvan şəhərində Şamil Qazıyevin təşkil olunan fərdi sərgisi haqqında o dövrün mətbuatı belə yazırdı: “Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır”.

Rəssamın yuxarıda adıçəkilən əsərlərinin əsas qəhrəmanı zəhmətkeş insandır. Tablolarda taxılbiçənlərin, dəyirmançıların, qalayçıların, çarıqçıların, çörək satanların həyatının müxtəlif məqamları, iş ahəngi, ovqatları əbədiləşib.

...Dahi holland rəssamı Vinsent Van Qoq özünün şah əsəri olan “Kartof yeyənlər” (1883) əsərində sadə adamlar mövzusunu necə zirvəyə yüksəltmişdisə, fikrimcə, Şamil Qzıyevin yaradıcılığında da sadə, zəhmətkeş insanların taleyi və sənəti özünəməxsus orijinal forma alaraq ana xətt kimi keçir. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulsa da, bu əsərlər onu göstərir ki, Naxçıvan insanı halal zəhməti ilə çörək qazanıb. Ümumiyyətlə, rəssamın bütün əsərlərinin mövzusu vətənpərvərlik, sadəlik və səmimiyyətdir. İnsan qüruru, gələcəyə inam, alın təri və fədakrlıq onun əsərlərinin əsas qayəsini təşkil edir.

Rəssamın əsərlərində həm də qəribə bir poetika var. Onlara baxdıqca hiss edirsən ki, bu əsərlər əsl istedad sahibi olan bir sənətçinin fırçasından çıxıb. Onlar təkcə tarixi-etnoqrafik baxımından deyil, eyni zamanda bədii-estetik cəhətdən də olduqca qiymətlidir. “Lavaş yapanlar” əsərinin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər istər yağlı boya ilə işlənmə texnikası, istərsə də bədii yaradıcılıq cəhətdən çox yüksək sənətkarlıqla yerinə yetirilmişdir. Burada lavaş bişirən 4 qadın təsvir edilmişdir. Qadınların milli geyimləri ilk baxışdan diqqəti cəlb edir. Rəssam bu əsərində tipik Naxçıvan qadınının məğrur, qayğıkeş və zərif obrazını böyük ustalıqla yarada bilmişdir. Kompozisiyanın mərkəzində təsvir olunmuş təndirin işıltısı və təndirdən çıxarılmış isti lavaşların təbii görüntüsü insanda xoş əhval-ruhiyyə yaradır, lavaş bişirmə sənətinin min illərdir ki Naxçıvanla bağlılığı, qədim diyarımıza xəs mətbəx və mədəniyyət nümunəsi olması öz təsdiqini tapır.

Yaxud “Cəhri. Yolda şəhər” tablosuna tamaşa etdikcə adamda nostalji hisslər baş qaldırır.

Əsər kifayət qədər cəlbedici və duyğulandırıcıdır. Cəhri kəndinin o illərdəki ab-havası aydın duyulur.

Ya da “Örtülü bazar” əsəri. O qədər canlı bir tablodur ki, bəlkə də o dövr üçün çox sadə görünə bilən bu əsər bu gün üçün olduqca maraqlıdır.

“Örtülü bazar” Naxçıvanın bazar və ticarət mədəniyyətinin tabloda əbədiləşən tarixidir.

Sənətkarın əsərlərinə baxdıqca hiss edirsən ki, onun çox güclü müşahidə qabiliyyəti var. Ətrafındakı hər şeyə rəssam gözü ilə baxır, ən yaxşı olanları hafizəsində yaşadır, sonradan onları yeni-yeni əsərlərə çevirirdi. Rəssamın “Qızlar bulağı”, “Naxçıvan. Günbatan vaxtı” əsərləri belə müşahidələrin nəticəsində yaranmışdır. Rəssam Naxçıvanın abidələrini də kətan üzərinə köçürməyi unutmayıb. Məsələn, Əlincə qalasının əyilməzliyi və məğrurluğu rənglərin dili ilə gözəl həllini tapıb.

Görkəmli rəssamın əsərlərini bir tamaşaçı kimi həmişə heyranlıqla seyr eləmişəm. Fikrimcə, onun əsərlərinə tamaşa edən hamı bu fikirdədir. Çünki onun yaratdığı əsərlər soyuq şüurun, formal bir texnikanın deyil, XX əsr Naxçıvan insanının taleyini duyub düşünmüş, sevinclər və iztirablar keçirmiş bir ürəyin məhsuludur. Elə buna görədir ki, ulu yurdun qədim dövrünün real əks olunduğu bu əsərlərə baxmaqdan doymursan və qeyri-adi hisslərə bürünürsən. Həm də bu rəsmlər insanı düşünməyə vadar edir. Bir anda bugünkü müasir Naxçıvanın mənzərəsi göz önündə canlanır. Bir daha əmin olursan ki, son illər Naxçıvan qədimliyi saxlanılmaqla müasirliyə doğru necə də sürətlə addımlayıb.

Şamil Qazıyevin məhsuldar yaradıcılıq yolu bu gün muxtar respublikada yaşayıb-yaradan rəssamlarımız üçün nümunə sayıla bilər. O zamanlar Şamil Qazıyevin yaratdığı əsərlər XXI əsr insanına XX əsr Naxçıvanı haqqında məlumat verirsə, bu gün yaradılan rəsm əsərləri də gələcək nəsillərə müasir dövrümüz barədə ətraflı məlumat verə bilər.

Sonda onu da vurğulamaq istəyirəm ki, hansı sənət adamı olursa-olsun, onun yaradıcılığında Vətən amili öndə dayanmalıdır. Bu mənada rəssam rənglərin möcüzəsində tarixini, mədəniyyətini, qədim adət-ənənələrini kətan üzərinə köçürüb sevdirməli, gələcək nəslə ötürməlidir. Elə ona gərə də əsərlərində XX əsr Naxçıvanını böyük sevgi ilə yaratması Şamil Qazıyevə əbədiyaşarlıq qazandırdı.

“Bu əlləri bir də öləndə buraxacam...” - Hoteldə çəkilən gizli videonun üstü necə açıldı? Xəlil Köçərli vəfat etdi Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Mart 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri