Icma.az
close
up
RU
XX əsr ədəbiyyat tariximizə yeni baxış

XX əsr ədəbiyyat tariximizə yeni baxış

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədəbiyyatın tarixi də xalqın tarixi kimi yeni faktlarla zənginləşir, keçmişlə bağlı yeni maraqlı faktlar üzə çıxır. XX əsr Azərbaycan ədəbiyyatı tarixinin müstəqillik şəraitində yenidən öyrənilməsi – tarixi hadisələrin, görkəmli ədiblərin həyat və yaradıcılığının ədəbiyyatşünaslıq elminin müasir tələbləri, xalqın maraq və istəyi nəzərə alınmaqla yazılması bəlalı bir yüzilliyin ədəbi mənzərəsini daha dolğun əks etdirmək zərurətindən irəli gəlir.

Lakin bu istəyi reallaşdırmaq o qədər də asan deyil. Bunun üçün peşəkarlıq və milli təəssübkeşlik, həm də elmi-nəzəri dəyərləndirmənin yüksək səviyyədə olması çox vacibdir. AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları, eləcə də ölkəmizin ali məktəblərində çalışan ədəbiyyatşünaslar bu sahədə davamlı fəaliyyət göstərirlər. Bu baxımdan filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin, təxminən, 2 min səhifədən ibarət üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, Qanun, 2024) dərsliyi ədəbi-mədəni aləmin önəmli hadisəsidir.

Uzun illər ədəbiyyat tariximizin ayrı-ayrı mərhələlərini, dönəmlərini yorulmaq bilmədən, sevgi ilə tədqiq edən bir alimin ali məktəbdə mühazirələr oxuması onu belə bir fundamental dərslik yaratmğa həvəsləndirib. Çoxəsrlik zəngin ədəbiyyatımızın müxtəlif dövrlərinin öyrənilməsi, sistemləşdirilməsi olduqca çətin olsa da, professor Bədirxan Əhmədlinin ərsəyə gətirdiyi irihəcmli nəşr günün tələbini cavablandırmaq baxımından uğurlu addımdır.

Ədəbiyyat tariximizin dərslik formatında hazırlanıb təqdim olunması təkcə elmi yox, həm də pedaqoji əhəmiyyət kəsb edir. Alimin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində 1 əsrlik milli ədəbiyyatımız ümumiləşdirmələr yolu ilə təhlil və təqdim olunur. Hər cildin mündəricatı həmin dövrün ədəbi mənzərəsi haqqında dolğun təsəvvür yaradır.

“Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü” adlı I fəsildə milli hərəkatın mənbə və qaynaqları, ictimai həyatın ədəbi prosesə təsiri məsələləri şərh olunur. Müəllif mətbuatda milli publisistikanın inkişafına zəmin yaratmasını, ayrı-ayrı ədəbi məramlı mətbuat orqanlarının və onların yaradıcı heyətinin fəaliyyəti icmal formasında məlumat verir.

Ayrı-ayrı bölmələrdə verilən oçerklər o zamanın ədəbiyyatı haqqında geniş təsəvvür yaradır. Qeyd edək ki, dövrün bir sıra müəllifləri haqqında əvvəlki dərsliklərdə məlumat verilməmişdi. Təqdirolunası yeniliklərdən biri də dərslikdə Cümhuriyyət dövrü ədəbiyyatı və Cənubi Azərbaycanda yaşayıb yaradan müəlliflərin həyat və yaradıcılığının ilk dəfə belə bir geniş auditoriyalı nəşə daxil edilməsidir.

Dərsliyin II cildində kommunist hegomonluğu dövründə yaşayıb yaradan şair və yazıçıların həyat və yaradıcılığından bəhs olunur. İctimai-siyasi hadisələrin ədəbiyyata təsiri məsələsi faktlara istinadla əhatəli şərh olunur. Ayrı-ayrı icmallar vasitəsilə həmin dövrün ədəbi prosesi haqqında aydın təsəvvür formalaşdırılır. 1920–1960-cı illərdə yaranan əsərlərin günün reallığı prizmasından təhlili, ictimai həyatın ədəbi prosesə təsiri dəyərləndirilir. Poeziya, nəsr haqqında icmallar o dövrün ədəbi prosesinin mahiyyətini anlamağa imkan verir.

Ötən əsrin 60–70-ci illərini əhatə edən “Ədəbiyyatın yeniləşmə mərhələsi” adlı I fəsildə ədəbiyyatın yeni istiqamətdə inkişafını şərtləndirən ictimai-siyasi amillər araşdırılır. İcmallarda müəlliflər və onların əsərləri haqqında məlumat verilir, ədəbiyyatın ümumi inkişaf istiqaməti müəyyənləşdirilir. Bədirxan Əhmədli, doğru olaraq, 1980-ci illəri və 1990-cı illərin ortalarını Azərbaycan ədəbiyyatında milli özünüdərk mərhələsi adlandırır.

III fəsil Azərbaycan ədəbiyyatının müstəqillik mərhələsinə həsr olunub. Burada ədəbi proses haqqında dolğun təsəvvür yaratmaq üçün icmallara daha çox üstünlük verilir, fərqli janrlarda yaranan ən önəmli əsərlər xatırlanır.

Göründüyü kimi, III cilddə 60-cı illərdən II minilliyin tamamına qədər və müstəqillik illərində ədəbi prosesdə gedən yeniləşmə izlənilir. Ədəbi hadisələr və yaradıcı şəxsiyyətlər haqqında mülahizələr yeni düşüncə tərzi prizmasından tədqiqata cəlb olunur və dəyərləndirilir. Müəllif ümumiləşdirmələr vasitəsi ilə həmin dövrün elmi-ədəbi mənzərəsini canlandırır.

Ümumiyyətlə, Bədirxan Əhmədlinin üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi həcmi, informasiya tutumu, və praktik əhəmiyyəti baxımından dəyərli ədəbi-elmi və pedaqoji təyinatlı nəşrdir. Ədəbiyyatşünas müəlliflər heyətinin illər boyu görə biləcəyi işi təkbaşına gerçəkləşdirməklə ölkəmizdə ali filoloji təhsilə önəmli töhfə verib.

Rafiq YUSİFOĞLU,
filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri